Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1015/2024 05.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 425 manat pulun, 30 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi 505 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, təxminən 5-6 ay bundan əvvəl Cavabdeh 455 manat dəyərində nisyə kişi geyim malları satmışdır. Həmin puldan cavabdeh 3-4 ay bundan əvvəl 30 manat ödəyərək sonda 425 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdehə satmış olduğu paltarlara görə ona borclu qaldığı 425 manat pulu hal-hazıra kimi ödəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, o İddiaçı 425 manat məbləğində geyim almamışdır. 50 manat dəyərində geyim almışdır. Onun 30 manatını iddiaçının kartına göndərmiş, 20 manat borcu qalmış, yaxın zamandada 20 manat borcu ödəyəcəkdir. Göstərilənlərə əsasən iddianı 20 manat hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh geyim malları satmışdır. Bu hal işin mübahisəsiz halıdır, çünki cavabdeh iddiaçıdan geyim malları almasını özü də etiraf etmişdir. Lakin məhkəmə iddianın qiyməti ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə satdığı geyim mallarının dəyərinin 455 manat olmasını sübut edə bilməmişdir. Cavabdeh isə iddiaçıdan 50 manat dəyərində geyim malları aldığını etiraf etmişdir. Nə qədərki iddiaçı cavabdehə satdığı geyim mallarının dəyərinin 455 manat olduğunu sübut edə bilmir, məhkəmə cavabdehin etirafını əsas götürərək hesab edir ki, iddia 50 manat hissəsində təsdiq olunur. Bundan başqa cavadeh iddiaçıdan aldığı geyim mallarının dəyərinin 30 manat hissəsini ödədiyini bildirmişdir. Lakin cavabdeh bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə cavabdeh tərəfindən 30 manat ödənildiyini bildirmişdir. Məhkəmə iddiaçının 30 manat ödənildiyi barədə izahatını əsas götürərək hesab edir ki, hazırki iddia tələbi üzrə təsdiq olunan 50 manatdan 30 manat ödənilmiş hissəni çıxmaqla 20 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 20 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və xidmət haqqı olaraq 50 manat vəkil bürosuna ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu 30 manat və xidmət haqqı olaraq vəkil bürosuna ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 20 manat pul, ödənilmiş dövlət rüsumu olaraq 30 manat və xidmət haqqı olaraq vəkil bürosuna ödənilmiş 50 manat, cəmi 100 (yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1015/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1015/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver