Məhkəmə qərarları › İş №2(055)-1016/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1016/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1016/2024 28.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 3925 manat əsas borcun, 2260 manat faiz borcunun və 83 manat ödəmiş olduğu dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh qardaşının baldızı oğludur. Aralarında ədavət və düşmənçilik olmamışdır. Cavabdeh ev aldığı üçün pul çatmadığından ondan 4000 manat borc pul istəmiş, o da pulu olmadığından Salehin xahişi ilə 22 avqust 2023-cü il tarixdə öz adına "xxxx" ASCnin Saatlı filialından illik faiz dərəcəsi 24 % olmaqla 48 ay müddətinə 5240 manat kredit götürmüşdür. Həmin puldan 4000 manat Salehə vermiş, qalan hissəsini özü götürmüşdür. Aralarındakı razılaşmaya əsasən cavabdeh 4000 manat pula görə hesablanmış faizləri onun əvəzindən ödəməyi öhdəsinə götürmüşdür. Saleh həmin puldan birinci ayda ona 75 manat vermiş, sonradan isə ödəniş etməkdən qəti olaraq imtina etmişdir. Salehin təqsiri üzündən hal-hazıradək olan müddətdə 4000 manat borca görə banka 2260 manat faiz ödəmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq ona olan əsas borcundan 3925 manatı və faiz borcunu hal-hazıra kimi ödəməmişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı ilə uzun müddətdir ki, yaxın münasibətlərdə olsa da, iddiaçıdan heç vaxt borc almamış, iddiaçı bankdan götürdüyü krediti ona verməmişdir. O, həqiqətən də 2023-cü ilin iyul ayında ev alsa da, ev alınması ilə əlqədar iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. Əlavə olaraq bildirir ki, iddiaçının təqdim etdiyi səs yazısı atası Fərhad Ağayevlə iddiaçı arasında olmuşdur. Atası ondan iddiçıdan kreditə pul alıb-almadığını soruşmuş, o da atasına bildirmişdir ki, onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan adına "xxxx" ASC-nin Saatlı filialının 22 avqust 2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Saatlı filialından illik faiz dərəcəsi 24 % olmaqla 48 ay müddətinə 5240 manat kredit götürmüşdür. İşdə olan İddiaçı ilə Cavabdeh atası X2 danışıqlarını əks etdirən diskdən görünür ki, X3 Ağayevin İddiaçı olan borcu ilə bağlı razılaşma əldə edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Tərəflərin izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 106.1-ci maddəsinin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının özünəinamlı şəkildə verdiyi izahatı ilə müqayisədə cavabdeh qeyri-səmimilik təəssüratını yaradaraq pul almadığını bildirmiş və iddia tələbinə münasibətdə hər hansı əks-arqument irəli sürməmişdir. Bu isə məhkəmədə cavabdehin izahatına tənqidi yanaşmağa, onun izahatı ilə müqayisədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul etməyə əsas vermişdir. Ona görə də məhkəmə hazırki mübahisə üzrə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul edir. Bundan əlavə İddiaçı ilə Cavabdeh atası X2 danışıqlarını əks etdirən diskdən görünür ki, X3 Ağayevin İddiaçı olan borcu ilə bağlı razılaşma əldə edilməsini xahiş edir. Bundan əlavə, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında cavabdehin məhz ev almağa görə ondan pul aldığını göstərmişdir. Cavabdeh özü də izahatında, həqiqətən də, kredit götürülən tarixdə ev aldığını təsdiq etmişdir. Göründüyü kimi, cavabdeh iddianı etiraf etməsə də, yuxarıda qeyd olunanlarla iddia tələbinin 3925 manat borc hissəsində əsaslı olması öz təsdiqini tapır. Odur ki, məhkəmə cavabdehin göstərdiklərini tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Məhkəmə, həmçinin diqqətə çatdırır ki, iddiaçı cavabehdən 2260 manat faiz borcu tələb etsə də, nəzərə alınmalıdır ki, heablanmış faiz 48 aylıq müqavilə müddətinin sonuna kimi olmaqla, cəmi kredit götürülmüş 5240 manat pula görədir. Halbuki, həm həmin məbləğin hamısı deyil, 4000 manatı cavabdehə verilmiş, eyni zamanda iddiaçı hələ vaxtı çatmamış faiz ödənişini tələb edir. Odur ki, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 3925 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 83 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 83 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3925 manat borc və ödənilmiş 83 manat dövlət rüsumu, cəmi 4008(dörd min səkkiz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1016/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 oktyabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, .... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3925 manat borc və ödənilmiş 83 manat dövlət rüsumu, cəmi 4008(dörd min səkkiz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar