Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1019/2024 16.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5563.02 manat əsas borcun, 606.45 manat faiz borcunun, 64.68 manat cərimə borcunun, cəmi 6234.15 manat borcun və 82.35 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" X2 Səhmdar Cəmiyyətinin 21 noyabr 2023-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 39 ay müddətində illik 23% ödəmək şərti ilə 5656 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 5563.02 manat əsas borcun, 606.45 manat faiz borcunun, 64.68 manat cərimə borcunun, cəmi 6234.15 manat borcun və 82.35 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 21 noyabr 2023-cü il tarixli, 298nkFİL8/23 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 39 ay müddətində illik 23% ödəmək şərti ilə 5656 manat məbləğində kredit verilmişdir. İşdə olan 10 iyul 2024-cü il tarixli məktubdan görünür ki, 21 noyabr 2023-cü il tarixli 298nkFİL8/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə 5563.02 manat əsas borc, 606.45 manat faiz borcu, 64.68 manat cərimə borcu, cəmi 6234.15 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" X2 Səhmdar Cəmiyyətinin 21 noyabr 2023-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 39 ay müddətində illik 23% ödəmək şərti ilə 5656 manat məbləğində kredit verilmişdir.Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh 606.45 manat faiz borcunun, 64.68 manat cərimə borcunun, cəmi 6234.15 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh iddiaçıya 5563.02 manat əsas borcu, 606.45 manat faiz borcunu, 64.68 manat cərimə borcunu, cəmi 6234.15 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5563.02 manat əsas borc, 606.45 manat faiz borcu, 64.68 manat cərimə, cəmi 6234.15 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 82.35 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 82.35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5563.02 manat əsas borc, 606.45 manat faiz borcu, 64.68 manat cərimə, cəmi 6234 (altı min iki yüz otuz dörd) manat 15 (on beş) qəpik alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 82 (səksən iki) manat 35 (otuz beş) qəpik dövlət rüsumu və xidmət haqqı alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1019/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1019/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver