Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1020/2024 16.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 4224,40 manat əsas, 768,18 manat faiz, 103,12 manat cərimə borcu olmaqla ümumilikdə 5095,70 manat borcun və ödənilmiş 70,96 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, 14 fevral 2023-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdeh X3 36 ay müddətinə illik 28,75 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. X6 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzre kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ile birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 iyul 2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 4224,4 AZN ǝsas, 768,18 AZN faiz, 103,12 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5095,70 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X5 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 23 iyul 2022-ci il tarixli ərizədən görünür ki, X5 «X7» X9 Səhmdar Cəmiyyətininin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. İşdə olan 14 fevral 2023-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə əsasında iddiaçı «X7» X9 Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X3 müqavilə üzrə 36 ay müddətinə illik 28.75% ödəmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 10 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 14 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən X2 "xxxx" X9 Səhmdar Cəmiyyətinə əsas borcu 4224,40 manat, faiz borcu 768,18 manat, 103,12 manat cərimə borcu olmaqla, cəmi borcu 5095,70 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 14 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan 36 ay müddətinə illik 28,75 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh X5 müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinə 4224,40 manat əsas, 768,18 manat faiz, 103,12 manat cərimə borcu olmaqla ümumilikdə 5095,70 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, 14 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı 4224,40 manat əsas, 768,18 manat faiz, 103,12 manat cərimə borcu olmaqla ümumilikdə 5095,70 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 14 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X1 4224,40 manat əsas, 768,18 manat faiz, 103,12 manat cərimə borcu olmaqla ümumilikdə 5095,70 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 04 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 70,96 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 14 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4224,40 əsas, 768,18 manat faiz, 103,12 manat cərimə borcu olmaqla cəmi 5095,70 manat borc, ödənilmiş 70,96 manat məbləğində dövlət rüsumu ümumilkdə 5166,66 (beş min yüz altımış altı manat altımış altı qəpik) manat alınaraq iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1020/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1020/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver