Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-103/2024 23.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4502.70 manat əsas borcun, 958.83 manat faiz borcunun, 91.44 manat cərimə borcunun, cəmi 5552.97 manat borcun, 75.53 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6176nkSLYb/22 saylı kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan X2 əsasən cavabdehə 36 ay müddətinə, aylıq 27% dərəcəsi ilə qaytarmaq şərti ilə 5100 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin borcun məhkəmədən kənar qaydada ödənilməsi barədə cavabdehlə danışıqlar aparılmış, xəbərdarlıq göndərilmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, nəticədə cavabdehin iddiaçıya 4502.70 manat əsas borcu, 958.83 manat faiz borcu, 91.44 manat cərimə borcu, cəmi 5552.97 manat borcu yaranmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb Cavabdeh 4502.70 manat əsas borcun, 958.83 manat faiz borcunun, 91.44 manat cərimə borcunun, cəmi 5552.97 manat borcun və 75.53 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 6176nkSLYb/22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə aylıq 27% olmaqla 36 ay müddətinə 5100 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 27 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinə əsas borcu 4502.70 manat, faiz borcu 958.83 manat, cərimə borcu 91.44 manat, cəmi 5552.97 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6176nkSLYb/22 saylı kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan X2 əsasən əsasən cavabdehə 36 ay müddətinə, aylıq 27% dərəcəsi ilə qaytarmaq şərti ilə 5100 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Ona görə də, "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 4502.70 manat əsas borcu, 958.83 manat faiz borcu, 91.44 manat cərimə borcu, cəmi 5552.97 manat borc hesablanmış və iddiaçı həmin borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, xx.xx.2022-ci il tarixli, 6176nkSLYb/22 saylı kredit müqaviləsi üzrə iddiaçı 4502.70 manat əsas borcun, 958.83 manat faiz borcunun, 91.44 manat cərimə borcunun, cəmi 5552.97 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 4502.70 manat əsas borc, 958.83 manat faiz borcu, 91.44 manat cərimə borcu, cəmi 5552.97. manat borc alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 75.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75.53 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4502.70 manat əsas borc, 958.83 manat faiz borcu, 91.44 manat cərimə borcu, cəmi 5552(beş min beş yüz əlli iki) manat 97(doxsan yeddi) qəpik alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 75(yetmiş beş) manat 53(əlli üç) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-103/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 23 yanvar 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4502.70 manat əsas borc, 958.83 manat faiz borcu, 91.44 manat cərimə borcu, cəmi 5552(beş min beş yüz əlli iki) manat 97(doxsan yeddi) qəpik alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 75(yetmiş beş) manat 53(əlli üç) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-103/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-103/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver