Məhkəmə qərarları › İş №2(055)-1030/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1030/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1030/2023 25.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə vurulmuş ziyanın tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbiətə vurulmuş ziyana görə Cavabdeh 891 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu, Şərbətqobu adlanan gölün ərazisində keçirilən reyd zamanı Cavabdeh tərəfindən qanunsuz balıq ovlanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq” və digər su bioresursları ovunun Qaydaları”nın tələblərinin pozulması halı aşkar edilmişdir. Faktla bağlı Cavabdeh barəsində 20 avqust 2021-ci ildə 71743 nömrəli akt və həmin tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarı ilə 700 manat məbləğində cərimə edilmiş və təbiətə vurulmuş ziyana görə 891 manat ziyan hesablanmışdır. Həmin ziyanın ödənilməsi barədə Cavabdeh ünvanına iddia göndərilmiş, lakin ziyan hazırki vaxtadək ödənilməmiş qaldmışdır. Ona görə də təbiətə vurulmuş ziyana görə Cavabdeh 891 manat pulun alınaraq iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 avqust 2021-ci il tarixli, 71743 nömrəli aktdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 20 avqust 2021-ci ildə İmişli rayonu, Şərbətqobu adlanan gölün ərazisində keçirilən reyd zamanı Cavabdeh tərəfindən 45 ədəd daban balığınıvə 18 ədəd çəki balığını qanunsuz ovlamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq” və digər su bioresursları ovunun Qaydaları”nın tələblərinin pozması halı aşkar edilmişdir. İşdə olan 20 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və 10 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat cərimə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən balıq ehtiyatlarına vurulan ziyana dair hesabtdan görünür ki, 45 ədəd daban balığına görə 495 manat və 18 ədəd çəki balığına görə 396 manat, cəmi ziyanın məbləği 891 manat təşkil etmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh «3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kredit borcunun alınması barədə kiçik iddia ərizəsini məhkəmə bildirişi ilə birlikdə 26 avqust 2023-cü ildə qəbul etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 20 avqust 2021-ci ildə İmişli rayonu Şərbətqobu adlanan gölün ərazisində keçirilən reyd zamanı Cavabdeh tərəfindən 45 ədəd daban balığıvə 18 ədəd çəki balığının qanunsuz ovlanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq” və digər su bioresursları ovunun Qaydaları”nın tələblərinin pozulması halı aşkar edilmiş, faktla bağlı 20 avqust 2021-ci ildə 71743 nömrəli akt və həmin tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmaqla Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə qərarı ilə 700 manat məbləğində cərimə edilmiş, onun bu təqsirli əməli nəticəsində balıq ehtiyatlarına 891 manat vurulmuş ziyan hesablanmış, həmin ziyan hazırki vaxtadək Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi sübut olunur: Birincisi, Cavabdeh əməli hüquqa zidd əməldir, yəni o, (cavabdeh) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq” və digər su bioresursları ovunun Qaydaları”nın tələblərini pozduğu üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və 10 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə qərarı ilə inzibati qaydada cərimə edilmişdir. İkincisi, cavabdehin bu təqsirli əməli balıq ehtiyatlarına ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi təbiətə vurulmuş ziyana görə Cavabdeh 891 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 891 manat alınaraq iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 891 (səkkiz yüz doxsan bir) manat alınaraq iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar