Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1041/2023 10.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat əsas borcun, 2000 manat faiz borcunun və 90 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7090 manat məbləğində pulun alınıb iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli, 178 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq 10% olmaqla, 3 ay müddətinə bərabər miqdarda qaytarmaqla 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh götürdüyü kreditdən ödəniş cədvəlinə uyğun olaraq cəmi 8000 manat ödəməli olduğu halda ödəniş etməmiş, yəni kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə 5000 manat əsas borcu və 2000 manat faiz borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 5000 manat əsas borcun, 2000 manat faiz borcun və 90 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7090 manat məbləğində pulun alınıb iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri X2 məhkəmə hazırlıq iclasında iştirak edib ərizə təqdim edərək "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə iclasına iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak etməsə də, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddianı etiraf edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 5000 manat əsas borc və 2000 manat faiz borcu, cəmi 7000 manat borc və 90 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 7090 manat pul alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat əsas borc və 2000 manat faiz borcu, cəmi 7000 manat borc və 90 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 7090 (yeddi min doxsan) manat pul alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1041/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1041/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver