Məhkəmə qərarları › İş №2(055)-1045/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1045/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1045/2024 07.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək X3 6800 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh əvvəldən tanıyır. Cavabdeh onun ona inamından sui-istifadə edərək 2022-ci il tarixdə ondan borc olaraq 5.700 manat, daha sonra 1500 manat və bundan sonra yenə yalvarıb yapışıb əlavə olaraq 1500 manat olmaqla cəmi 8700 manat pulu qısa müddətdə qaytaracağını vəd verərək ondan borc almış və həmin puldan cəmi 1.900 manat qaytarsa da qalan 6.800 manat borcunu bu günüdək qaytarmamışdır. O, cavabdehdən borcunu könüllü olaraq qaytarmasını dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamış, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırır. Ona görə də, məhkəmə qaydasında cavabdehdən qeyd olunan borcun alınması qənaətinə gəlmişdir. Göstərilnələrə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahatında göstərdi ki, iddianı qəbul etmir. O, İddiaçıdan 4510 manat pul almış və hamısını da geri qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İşin mübahisəli halın isə ondan ibarətdir ki, iddiaçı əvvəlcə 5700 manat, daha sonra 1500 manat və ondan sonra da 1500 manat pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə həmin pul məbləğini almışdır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işin yuxrıda qeyd edilən hallarından görünür ki, iddiaçının cavabdehə verdiyi borc məbləği 8700 manat olmuşdur. Bu halda, tərəflər arasında müqavilənin bağlanmış hesab olunması üçün iddiaçının pulu cavabdehə verməsi kifayətdir ki, işin bu halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə baxışı zamanı iddiaçıdan 4510 manat borc aldığını etiraf etmişdir. Odur ki, cavabdehin iddianı etiraf etməsi iddiaçını irəli sürdüyü tələbinin əsasını həmin hissədə sübut etmək vəzifəsindən azad edir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin dediyi şəxlərin hesabına iddiaçı tərəfindən 4510 manat pullar göndərilmişdir. Bu halı cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Elçin Xəlil oğlu izahatında göstərmişdir ki, Gülnarə onun qonçusudur. 2022-ci ilin sentyabr ayı olardı qomşusu Həsənlə küçədə dayanın siqaret çəkərkən Gülnarə onları yanına çağırmışdır. Orada bildirmişdir ki, bir şəxsə pul verəcək həmin pulu saysınlar. O da, pulu sayıb 2000 manat olduğun görmüşdür. Sonra Gülnarə həmin pulu maşında əyləşmiş şəxsə vermişdir. Sonradan Gülnarədən soruşanda həmin şəxsin Balakişi olduğunu, əvvəldən tanıdığını bildirmişdir. Məhkəmə iclasında iclasında şahid qismində dindirilmiş X2 Elçin Xəlil oğlunun izahatına uyğun izahat verərək dediklərini təsdiq etmişdir. İşdə olan sübutlarla və işin faktiki halları ilə cavabdeh X4 cavabdeh İddiaçı 6800 manat borclu olduğu tam təsdiq olunmuşdur. Cavadeh iddiaçıdan aldığı borcu qaytardığını bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul alaraq üzərinə onu qaytarmaq öhdəliyi götürsə də, öhədəliyini pozmaqla pulu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 245 manat əldən çıxmış fayda, 200 manat hüquq-mühafizə, məhkəmə və digər qurumlara getdiyində xərclədiyi yol xərcləri tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdeh X3 6800 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olduğunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən ödənilməli olan 88 manat dövlət rüsumu X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 6800 (altı min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. X1 88 (səksən səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1045/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 07 oktyabr 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. X1 6800 (altı min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. X1 88 (səksən səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar