Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1057/2025 15.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 2600 manat borcun və 46 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailə üzvlərimlə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. Şəxsi təsərrüfatında iri və xırda buynuzlu heyvanlar saxlamaqla ailəsinin maddi təminatını ödəyir. 22 mart 2025-ci il tarixdə Sabirabad mal bazarında malların alqı-satqısı ilə məşğul olan sonradan tanıdığı Saatlı rayonunun Bəylik kəndində yaşayan Cavabdeh yanı balalı bir baş inəyi 2600 manata razılaşıb almışdır. Cavabdehdən aldığı yanı balalı bir baş inəyi yaşadığı Kürdəmir rayonunun Sığırlı kəndindəki evinə gətirmişdir. Axşam saatlarında yoldaşı həmin inəyi sağmaq istəyərkən inək ayaqları ilə yoldaşını vurub ona xəsarət yetirmişdir. İnəyi sağmaq və saxlamağın mümkün olmadığını gördükdən sonra cavabdehə zəng edib inəyin vurağan olduğuna görə saxlaya bilmədiyini bildirmiş və pulunu qaytarmaqla gǝlib aparmasını xahiş etmişdir. Cavabdeh də, başqa islah heyvan olsa əvəzində verəcəyini, əgər tapa bilməyəcəyi halda gəlib inəyi aparacağını və pulunu qaytaracağını bildirmişdir. Lakin cavabdehin ona satdığı inǝyi aparmaq istəmədiyini görüb ərizə ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. O, Kürdəmir rayon polis şöbəsinə müraciət etdikdən sonra cavabdeh Kürdəmir rayon polis şöbəsinə dəvət edilib izahatı alınandan sonra orada hər şeyi etiraf edərək bir baş yanı balalı inəyə görə ona verdiyi 2600 manat puldan 1000 manatını 2 günə qaytaracağını, qalan 1600 manatı isə xx.xx.2025-ci il tarixə kimi verəcəyini bildirib iltizam verdikdən sonra yanı balalı bir baş inǝk heyvanını ararmışdır. Lakin keçən müddət ərzində cavabdeh 2600 manat pulu ödəmədiyinə görə ona xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək 2600 manat pulu ödəməsini tələb etsə də o, bu günə kimi aralarında olan mal alq-satqısına görə borclu qaldığı 2600 manat məbləğində pulu ona qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı həqiqətən də, 2600 manat pul borcludur. Hazırda iddianı etiraf edir və təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2600 manat borc və 46 manat ödənilmiş dövlət rüsumu, cəmi 2646 manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2600 manat borc və 46 manat ödənilmiş dövlət rüsumu, cəmi 2646 (iki min altı yüz qırx altı) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1057/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1057/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver