Məhkəmə qərarları › İş №2(055)-1059/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1059/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1059/2025 11.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Saatlı Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Saatlı Su X1 İdarəsinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Saatlı Su X1 İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Su X1 İdarəsinə dəymiş zərərin əvəzində 500 manat pulun cavabdehdən alınaraq Saatlı Su X1 İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayonu Qara Nuru kənd sakini Cavabdeh 04 fevral 2025-ci il tarixdə Saatlı rayonu Qazanbatan kəndi ərazisində yerləşən Qazanbatan-Qara Nuru beton kanalında 2 ədəd hidrotexniki qurğuları qəsdən zədələyərək İddiaçınə ümumilikdə 500 manat ziyan vurmuşdur. Bu hərəkətlərinə görə Cavabdeh Saatlı Rayon Məhkəməsinin 3(055)-327/2025 nömrəli, 12 may 20225-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 500 manat məbləğində cərimə edilmişdir. Cavabdehdən idarəyə vurulmuş zərər tələb edilsə də bunun heç bir nəticəsi olmamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 123(055)-327/2025 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir mislinədək, yəni 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı Saatlı Su X1 İdarəsinin balansında olan Saatlı rayonu Qazanbatan kəndi ərazisində yerləşən Qazanbatan-Qara Nuru beton kanalında 2 ədəd hidrotexniki qurğular 04 fevral 2025-ci il tarixdə Cavabdeh tərəfindən qəsdən zədələnmiş, nəticədə iddiaçıya 500 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehlərin mülki hüquq pozuntusu törədərək iddiaçıya 500 manat ziyan vurmaları Saatlı Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 123(055)-327/2025 saylı qərarı və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 500 manat pul alınaraq iddiaçı Saatlı Su X1 İdarəsina verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul alınaraq iddiaçı Saatlı Su X1 İdarəsina verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar