Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1069/2023 02.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 750 manat əsas borc, 405 manat faiz borcu, 693 manat cərimə borcu, cəmi 1848 manat borc və ödənilmiş 39 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə ödəmək şərti ilə 2700 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 kredit öhdəliklərini tam yerinə yetirənədək zaminlər cavabdehlə birlikdə iddiaçı qarşısında eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 götürdüyü 2700 manat kreditə görə 1458 manat faiz ödəməklə, cəmi 4158 manat kredit öhdəliyini yerinə yetirməli olduğu halda, götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Bundan sonra 30 yanvar 2023-cü il tarixdən ödəniş dayandırılmaqla kredit müqaviləsinin şərtləri pozulmuş və cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmişlər. 07 avqust 2023-cü il tarixə cavabdehlərin iddiaçıya olan borcu 750 manat əsas borc, 405 manat faiz borcu, 693 manat cərimə borcu, cəmi 1848 manat təşkil edir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 750 manat əsas borc, 405 manat faiz borcu, 693 manat cərimə borcu, cəmi 1848 manat borc və ödənilmiş 39 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, aylıq 3% dərəcəsi ilə 2700 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürdüyü 2700 manat kreditlə əlaqədar olaraq zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 kredit alan-Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan 07 avqust 2023-cü il tarixli, 156 saylı məktubdan görünür ki, 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsas borcu 750 manat, faiz borcu 405 manat, cərimə borcu 693 manat, cəmi borcu 1848 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə ödəmək şərti ilə 2700 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 kredit öhdəliklərini tam yerinə yetirənədək zaminlər cavabdehlə birlikdə iddiaçı qarşısında eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 götürdüyü 2700 manat kreditə görə 1458 manat faiz ödəməklə, cəmi 4158 manat kredit öhdəliyini yerinə yetirməli olduğu halda, götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Bundan sonra 30 yanvar 2023-cü il tarixdən ödəniş dayandırılmaqla kredit müqaviləsinin şərtləri pozulmuş və cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmişlər. 07 avqust 2023-cü il tarixə cavabdehlərin iddiaçıya olan borcu 750 manat əsas borc, 405 manat faiz borcu, 693 manat cərimə borcu, cəmi 1848 manat təşkil edir. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 750 manat əsas borc, 405 manat faiz borcu, 693 manat cərimə borcu, cəmi 1848 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 750 manat əsas borc, 405 manat faiz borcu, 693 manat cərimə borcu, cəmi 1848 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 30 oktyabr 2021-ci il tarixli, 50/07 saylı müqavilə üzrə tələb olunan 693 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 75 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 750 manat əsas borc, 405 manat faiz borcu, 75 manat cərimə borcu, cəmi 1230 manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 39 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 750 manat əsas borc, 405 manat faiz borcu, 75 manat cərimə borcu, cəmi 1230 (bir min iki yüz otuz) manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1069/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1069/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver