Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1084/2025 15.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 325,41 manat əsas, 60,46 manat faiz borcu, 15,34 manat cərimə, ümumilikdə 401,21 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsi və xx.xx.2023-cü il tarixli standar şərtlərə əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı teqdim edilmişdir. xx.xx.2023-cü il tarixli standart şərtlərin 1.1-ci maddəsinə əsasən cavabdehə sms vasitəsi ilə 23 ay müddətinə, illik 28% olmaqla 300 manat məbləğinə kredit xətti açılmışdır. Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixində cavabdeh özünə aid olmayan məbləği istifadə etməsi texniki overdraftın yaranması ilə nəticələnmişdir. xx.xx.2023-cü il tarixli standart şərtlərə əsasən kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatların icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin Bank tərəfindən ödənilməsi texniki overdraft adlanır. Hemin ofertanın 2.2.7-ci bəndinə əsasən hesab üzrə texniki overdraft yarandığı halda Müştəri Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. xx.xx.2023-cü il tarixli standart şərtlərin 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də, Cavabdeh 325,41 manat əsas, 60,46 manat faiz borcu, 15,34 manat cərimə, ümumilikdə 401,21 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair 01U/23 saylı standart şərtlər ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli standart şərtlərin 1.1-ci maddəsinə əsasən cavabdehə sms vasitəsi ilə 23 ay müddətinə, illik 28% olmaqla 300 məbləğində kredit xətti açılmışdır. İşdə olan 26 iyun 2025-ci il tarixli arayışdan görünür ki, 170sSLYb/24 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-yə 325,41 manat əsas, 60,46 manat faiz borcu, 15,34 manat cərimə, ümumilikdə 401,21 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsi və xx.xx.2023-cü il tarixli standar şərtlərə əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı teqdim edilmişdir. xx.xx.2023-cü il tarixli standart şərtlərin 1.1-ci maddəsinə əsasən cavabdehə sms vasitəsi ilə 23 ay müddətinə, illik 28% olmaqla 300 manat məbləğinə kredit xətti açılmışdır. Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixində cavabdeh özünə aid olmayan məbləği istifadə etməsi texniki overdraftın yaranması ilə nəticələnmişdir. xx.xx.2023-cü il tarixli standart şərtlərin 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh götürdüyü kreditə görə heç bir ödəniş etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh 325,41 manat əsas, 60,46 manat faiz borcu, 15,34 manat cərimə, ümumilikdə 401,21 manat borcun ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh 325,41 manat əsas, 60,46 manat faiz borcu, 15,34 manat cərimə, ümumilikdə 401,21 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 325,41 manat əsas, 60,46 manat faiz borcu, 15,34 manat cərimə, ümumilikdə 401,21 manat pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 30 manat dövlət rüsumu, ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 325,41 manat əsas, 60,46 manat faiz borcu, 15,34 manat cərimə, cəmi 401,21 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 431,21 (dörd yüz otuz bir manat iyirmi bir qəpik) manat pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1084/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1084/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver