Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1085/2024 28.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 240 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, hazırda Bakı şəhərində restoranların birində ayıq sürücü kimi çalışır. İşlədiyi restoranda administrator olan iş yoldaşı Cavabdeh öz avtomobilinin sığortalanmalı olduğunu bildirmiş, tezlikdə qaytaracağı vədi ilə ondan 240 manat məbləğində pulu borca götürmüşdür. Belə ki, o, ötən ilin avqust ayının sonlarında əldən 170 manat, kart vasitəsilə sentyabr ayının əvvəllərində 70 manat məbləğində pul vəsaitini cavabdehə borc olaraq vermişdir. Keçən müddət ərzində cavabdeh pulunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, o, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Cənnət Gəncə” restoranında inzibatçı işləyir. İddiaçı həmin restoranda işləmir, restoranın qarşısındakı dayanacaqda gəlib-gedən qonaqlara ayıq taksi xidməti göstərir. 2023-cü ilin iyun ayında Rafiqə bildirmişdir ki, şəxsi minik avtomobilini sığorta etdirmək istəyir. Rafiq ona demişdir ki, onun sığorta şirkətlərinin birində Ləman adlı tanışı var, o onun maşınını endirimli qiymətə sığorta edə bilər. Rafiq avtomobilin sənədlərini istəmiş, o, da Whatsapp vasitəsilə göndərmişdir. Ləman ona ödəniş kartının nömrəsini göndərmiş və xahiş etmişdir ki, ödənişin 100 manatını ǝvəlcədən köçürsün, qalan 140 manatını da sığorta etdirəndə ödəsin. O, Rafiqdən soruşmuşdur ki, “Ləman niyə 100 manatı qabaqcadan istəyir? Birdən fırıldaqçı olar”. Rafiq demişdir ki, narahat olmasın, o, Ləmanı çoxdan tanıyır, o onun avtomobilini sığorta edəcəkdir. 100 manatı göndərsin, Ləman maşını sığorta etməsə, ödəyəcəyi 240 manat pul məbləğini ona özü qaytaracaqdır. O, bu işə cavabdehdir. O, Rafiqin dediyi kimi etmiş, əvvəlcə 100 manat daha sonra 140 manat pul məbləğini iddiaçının tanışı X1 hesabına köçürmüşdür. Ləman saxta mesajla onu inandırmışdır ki, avtomobilini sığorta etdirib. Bir müddət sonra yol polisi avtomobilini sığorta etdirmədiyinə görə cərimə etmişdir. O, Rafiqǝ bildirmişdir ki, Ləman onları aldadıb, indi o, nə etsin. Rafiq ona 240 manat pul verib demişdir ki, o, bu işə zamindir. Rafiq 240 manatın 70 manatını kart vasitəsilə, 170 manatın əlbəl vermişdir. O, Ləmanın qanunsuz hərəkətindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmişdir. Nəsimi rayon polis şöbəsinin 19-cu bölməsində təhqiqat başlanmışdır. X4 polis bölməsinə gələrək ondan aldığı 240 (iki yüz qırx) manat məbləğini şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 70 manat pulu Cavabdeh kart hesabına köçürmüşdür. İş materiallarında Cavabdeh etirazına əlavə etdiyi fotoşəkillərdə olan qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 140 manat Ləman Bəylərovanın kart hesabına köçürmüşdür. İş materiallarında cinayət işinin başlanmasının başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh avtomobili sığorta etmək adı ilə 240 manat pul almış, lakin sonradan işdən çıxdığı və ailəsində müəyyən problemlər yaranması səbəbindən sonuncunun avtomobilini sığorta etməmiş və pulu xərcləmişdir. İş materiallarında olan İddiaçı Nəsimi RPİ-nin 18-ci PB-nə verdiyi izahatın izahatında göstərmişdir ki, “...iş yoldaşım Cavabdeh avtomobili sığorta etmək üçün ona sığortada işləyəm bir nəfərin nömrəsin vermişdir. Onlar öz aralarında razılaşmışlar və Vidadi ona 240 manat pul vermişdir. Həmin şəxs Vidadinin maşınını sığorta etməmiş və Vidadəi gəlib mənə hədə-qorxu gələrək 240 manat pulu mənmdən almışdır...” Məhkəmə araşdırması zamanı işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı cavabdehin avtobilini sığorta etmək məqsədilə öz tanışı Ləman adlı xanımla Cavabdeh tanış etmişdir. Cavabdeh avtomobilini sığorta etmək məqsədilə 240 manat pulu Ləmana göndərmişdir. Lakin Ləman avtomobili sığorta etməmiş və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Avtomobilinin sığorta olmadığı bilən cavabdeh həmin pulu iddiaçıdan tələb edərək almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. İddiaçı cavabdehə borc pul verdiyini iddia edir. Məhkəmə qeyd edir ki, yuxarıda şərh edilənlərə əsasən, bu halda öhdəliyin yaranması üçün tərəflər arasında borc müqaviləsinin bağlanması şərtdir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Qeyd edilən müddəanın mənasından da aydın olur ki, borc müqaviləsində əsas niyyət verilən borc predmetinin sonradan eyni ilə (eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində) qaytarılmasından ibarətdir. Borc predmetinin eyni ilə qaytarılması ona görə bu müqavilənin əsas niyyətini təşkil edir ki, əgər borc verən borc predmetinin qaytarılmamasını əvvəlcədən bilmiş olsa, borc alana borc verməyəcək və nəticədə bu müqavilə bağlanmayacaqdır. Həm də, borcun qaytarılması niyyəti müqavilə bağlanmazdan əvvəl bəlli olmalıdır və borc alan borcun qaytarılması öhdəliyini üzərinə götürməlidir. Lakin mübahisənin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında, ümumiyyətlə borc münasibətləri yaranmamış, iddiaçı cavabdehə verdiyi pul vəsaitini sonradan qaytarmaq məqsədilə verməmiş, cavabdehin isə aldığı pul vəsaitlərini qaytarmaq niyyəti ilə almamış və iddiaçıya da bu niyyət əvvəlcədən bəlli olmuşdur. Çünki məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə pulu ona vurulmuş ziyanın əvəzi olaraq vermişdir. Lakin məhkəmə hazırkı iddia tələbinin hüquqi əsasının əsassız varlanma ilə bağlı olduğunu müəyyən edərək mübahisənin həllində bu hala uyğun maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə əsassız varlanma ilə bağlı normaların müddəalarını hazırkı işə tətbiq edərək belə hesab edir ki, iş üzrə iddiaçıl tərəfindən ödənilmiş 240 manat məbləğində pul vəsaitinin 70 manatı cavabdehin kart hesabına köçürülmüş, qalan 170 manatını isə əlbəl cavabdehə vermişdir. Cavabdeh isə heç bir hüquqi əsas olmadan və iddiaçının qarşısında heç bir tələb hüququ olmadan ödənilmiş pul vəsaitini əldə etmiş, bununla da o, əsassız varlanmışdır. Bu hal iş materialları ilə və məhkəmə iclaslarında tərəflərin izahatları ilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 240 (iki yüz qırx) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlilidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1085/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 oktyabr 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1085/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1085/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver