Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-109/2023 20.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 91 manat əsas borc, 9 manat cərimə, cəmi 100 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan “Lenovo” markalı kompüter, “Bag Lenovo” almışdır. Həmin müqavilə 26 mart 2021-ci il tarixli əlavəyə əsasən restrukturizasiya edilmiş və 26 mart 2021-ci il tarixli əlavə saziş üzrə cavabdehin 31,89 manat ilkin ödəniş olmaqla, 13 ay müddətinə hər ay 31,89 manat ödəməyi öhdəsinə götürməklə aldığı, ümumi dəyəri 446,46 manat olan “Lenovo” markalı kompüter, “Bag Lenovo” üçün iddiaçıya ödənilməmiş 91 manat borcu qalmışdır. Lakin Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavəyə əsasən cəmi 355,46 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 91 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 9 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 91 manat əsas borc, 9 manat cərimə, cəmi 100 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 fevral 2020-ci il tarixli, 20105034 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 65,20 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 782,40 manat olan “Lenovo” markalı kompüter, “Bag Lenovo”nun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişdən və müqavilədən görünür ki, bu müqavilə və sazişlə 15 fevral 2020-ci il tarixli müqavilə restrukturizasiya edilmiş, 15 fevral 2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ləğv edilmiş və cavabdehin iddiaçıdan aldığı mala görə ödəniş müddəti 13 ay, ilkin ödəniş 31,89 manat, aylıq ödəniş 31,89 manat, malın ümumi dəyəri 446,40 manat müəyyən edilmişdir. İşdə olan 07 dekabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 91 manat əsas borc, 9 manat cərimə, ümumilikdə ödənilməmiş 100 manat borcu qalmışdır. Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən cəmi 355,46 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan “Lenovo” markalı kompüter, “Bag Lenovo” almışdır. Həmin müqavilə 26 mart 2021-ci il tarixli əlavəyə əsasən restrukturizasiya edilmiş və 26 mart 2021-ci il tarixli əlavə saziş üzrə cavabdehin 31,89 manat ilkin ödəniş olmaqla, 13 ay müddətinə hər ay 31,89 manat ödəməyi öhdəsinə götürməklə aldığı, ümumi dəyəri 446,46 manat olan “Lenovo” markalı kompüter, “Bag Lenovo” üçün iddiaçıya ödənilməmiş 91 manat borcu qalmışdır. Lakin Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavəyə əsasən cəmi 355,46 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 91 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 9 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 91 manat əsas borc, 9 manat cərimə, cəmi 100 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 91 manat əsas borc, 9 manat cərimə, cəmi 100 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 91 manat əsas borc, 9 manat cərimə, cəmi 100 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 08 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15 fevral 2020-ci il tarixli müqavilə üzrə 26 mart 2021-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 91 manat əsas borc, 9 manat cərimə, cəmi 100 (bir yüz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov
Məhkəmə qərarları › İş №2(055)-109/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-109/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver