Məhkəmə qərarları › İş №2(055)-1096/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1096/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1096/2023 04.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 30000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2023-cü ilin yanvar ayında tanışı Zaur Məmmədov ona zəng vuraraq görüşmək istədiyini bildirmiş, o da təyin olunmuş vaxtda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Basqal” adlı kafeyə getmişdir. Orada Zaurun yanında əvvəllər tanımadığı bir nəfərin olduğunu görmüş və Zaur həmin şəxsi onunla tanış edərək adının Fərid olduğunu və yaxın dostluq münasibətləri olmasını demişdir. Daha sonra Zaur ona Fəridin qızıl alveri ilə əlaqədar ziyana düşdüyünü və təcili olaraq Fəridə 30000 manat pul lazım olduğunu bildirmişdir. Zaura Fərid üçün lazım olan məbləğin onda olmadığını, lakin “Binə Ticarət Mərkəzi”ndə işləyən yaxınından həmin pulu ala biləcəyini söyləmişdir. Həmin vaxt Zaur ona Fəridin Saatlı rayonunda torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini iki ay müddətə sataraq pulu geri qaytaracağını, həmçinin pulun qaytarılacağı barədə Fəridə zamin dayandığını və Fəridin həmin pulu alması barədə qəbz yazaraq imzalayacağını demişdir. Bir neçə gün sonra o, yenidən Zaura zəng vuraraq Fəridə lazım olan məbləğdə pulun hazır olduğunu bildirmiş, görüş zamanı Fəridə qəbz yazmağı bildirsə də, Fərid qəbzi yazmasını ondan xahiş etmiş, o isə qəbzi yazdıqdan sonra Fərid öz imzası ilə təsdiq etmişdir. Bundan sonra Zaurun iştirakı və şahidliyi ilə 30000 manat pulu Fəridə vermişdir. Pulu verdikdən təxminən bir ay sonra Zaura zəng edərək pulun qaytarılması barədə soruşmuş, Zaur isə narahatlığa heç bir əsas olmadığını və Fəridin yaxın zamanda torpağını sataraq pulu qaytaracağını bildirmişdir. Təxminən iki ay sonra o, Zaurla birlikdə Fəridin kirayə yaşadığı evə getmiş, lakin onlar Fəridin həmin ünvanda yaşamadığını öyrənmişlər. Dəfələrlə Fəridi axtarsa da, tapa bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdehin dedikləri yalandır. O, cavabdehə ağ kağıza imza etdirməmiş, sadəcə olaraq cavabdeh yazı yaza bilmədiyini dediyindən cavabdehin xahişinə əsasən qəbzi öz xətti ilə yazmış, cavabdeh isə imza etmişdir. Həmçinin o, sələmçilik fəaliyyəti ilə məşğul olmur və cavabdehə aylıq 10 faizlə 2000 manat pul verməmişdir.Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6(altı) ay müddətə qaytarmaq şərti ilə 30000 manat borc pul almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş X3 tərəfindən xx.xx.2023-cü il tarixdə yazılaraq məhkəməyə ünvanlanmış ərizədən görünür ki, həqiqətən də Cavabdeh Zaur Məmmədovun şahidliyi və iştirakı ilə İddiaçı 30000 manat borc pul alaraq bu barədə yazılmış qəbzə imza etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən olundu ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi qəbz ilə 30000 manat borc pulun cavabdeh tərəfindən iddiaçıdan alınması halı məhkəmədə öz təsdiqini tapmışdır. Buradan da görünür ki, Cavabdeh İddiaçı 6 ay müddətə qaytarmaq şərti ilə 30000 manat məbləğində borc almış, lakin hazırki vaxtadək cavabdeh borcunu iddiaçıya qaytarmamaqla üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 30000 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Cavabdeh məhkəməyə ünvanladığı etirazında iddia tələbini qismən qəbul etdiyini bildirib göstərmişdir ki, tanışı X2 2000 manat pul tapmasını xahiş etdiyinə görə sonuncu sələmçilik fəaliyyəti ilə məşğul olan Mehmanın həmin pulu verməyə razı olduğunu bildirmişdir.İddiaçının göstərdiyi kimi 2023-cü ilin yanvar ayında deyil, 2022-ci ilin dekabr ayının 23-də Mehmandan aylıq 10 faizə olmaqla, yəni hər ayın 23-də alacağı 2000 manat pulun üstündə əlavə olaraq 200 manat ödəməyə razılaşmaqla 2000 manat pul almışdır. 24-25 dekabr 2022-ci il tarixdə Mehman onunla görüşüb ona ağ kağıza imza etdirmiş, onun isə Mehmandan ağ kağıza nə üçün imza etdirməsini soruşmaq ağlına gəlməmişdir. Maddi problemləri olduğundan yanvar-fevral aylarının cəmi 400 manat faizini ödəyə bilməmiş, mart ayında isə Mehmana 600 manat faiz pulu, sonra verdiyi 300 manat da daxil olmaqla, cəmi isə 900 manat faiz ödəmiş, növbəti aylarda isə ödəniş edə bilməmişdir. Onun heç vaxt 30000 manat pula ehtiyacı olmamış, qəvbə öz xətti ilə nəsə yazmamış, sadəcə olaraq iddiaçı onun savadsızlığından istifadə edib ağ kağıza imza etdimişdir. Mehman isə sələmçilik fəaliyyətini gizli saxlamaq üçün qəbzdə pul məbləğini 30000 manat kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh isə göstərdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir.Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 30000 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 181 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 181 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30000 manat məbləğində borc və ödənilmiş 181 manat dövlət rüsumu, cəmi 30181(otuz min bir yüz səksən bir) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-1096/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 04 dekabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30000 manat məbləğində borc və ödənilmiş 181 manat dövlət rüsumu, cəmi 30181(otuz min bir yüz səksən bir) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar