Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1100/2025 01.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra - "xxxx" BOKİ MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" BOKİ MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1057,38 manat əsas borcun, 135,50 manat faiz borcunun və 31,93 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" BOKİ MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" BOKİ MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 3108-3900-09 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borclu Cavabdeh1 istehlak üçün 24 ay müddətinə qaytarma şərtləri daxilində və onun kredit aldığı gündən başlayaraq illik 12% ödəməsi şərti ilə 2700 manat vəsaiti məbləğində kredit götürmüşdür. Müqavilənin 4.4-cü maddəsinə əsasən Alınmış resurs və ondan irəli gələn faiz məbləği müəyyən edilmiş müddət ərzində ödənilməzsə və ya qismən ödənilsə, bu məbləğ vaxtı keçmiş ödənişlər siyahısına daxil edilir və Kreditor tərəfindən hər bir vaxti keçmiş gün üçün 0,84% dərəcəsini tətbiq etməklə borcalanın həmin günə olan borcuna əlavə faiz borcu hesablanır və hesablanmış cərimə borcalan tərəfindən ödənilməlidir. Cavabdehǝ ittifaq qarşısında öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyi barədə dəfələrlə həm şifahi, həm də yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda, digər borclular Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə "xxxx" BOKİ MMC arasında bağlanmış 23108-3900-09 saylı, 07 iyul 2023-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən "xxxx" BOKİ MMC-nin üzvü Cavabdeh1 arasında bağlanmış 3108-3900-09 saylı, 07 iyul 2023-cü il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək kreditlə əlaqədar olaraq borcalan kredit ittifaqı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək birgə zamin olmuş şəxslər borcalanla birlikdə Kredit İttifaqı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Lakin borclu Cavabdeh1 07 iyul 2023-cü il tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh1 və Cavabdeh4 xx.xx.2025-ci il tarixdə, Cavabdeh3 xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan "xxxx" BOKİ MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12% dərəcəsi olmaqla 24 ay müddətinə 2700 manat manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh1) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürürlər. İşdə olan arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1nun "xxxx" BOKİ MMC-na 1057,38 manat əsas borcu, 135,50 manat faiz borcu, cəmi 1192,88 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" BOKİ MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 3108-3900-09 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borclu Cavabdeh1 istehlak üçün 24 ay müddətinə qaytarma şərtləri daxilində və onun kredit aldığı gündən başlayaraq illik 12% ödəməsi şərti ilə 2700 manat vəsaiti məbləğində kredit götürmüşdür. Eyni zamanda, digər borclular Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə "xxxx" BOKİ MMC arasında bağlanmış 23108-3900-09 saylı, 07 iyul 2023-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən "xxxx" BOKİ MMC-nin üzvü Cavabdeh1 arasında bağlanmış 3108-3900-09 saylı, 07 iyul 2023-cü il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək kreditlə əlaqədar olaraq borcalan kredit ittifaqı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək birgə zamin olmuş şəxslər borcalanla birlikdə Kredit İttifaqı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Lakin borclu Cavabdeh1 07 iyul 2023-cü il tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" BOKİ MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 1057,38 manat əsas borcunu, 135,50 manat faiz borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydad 1057,38 manat əsas borc, 135,50 manat faiz borcu, cəmi 1192,88 manat borc alınıb iddiaçı "xxxx" BOKİ MMC-nın xeyrinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" BOKİ MMC tərəfindən 31,93 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,93 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 1057,38 manat əsas borc, 135,50 manat faiz borcu, cəmi 1192,88 (bir min bir yüz doxsan iki manat səksən səkkiz qəpik) manat borc alınıb iddiaçı "xxxx" BOKİ MMC-nın xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 31,93 (otuz bir manat doxsan üç qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" BOKİ MMC-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1100/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1100/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver