Məhkəmə qərarları › İş №2(055)-1101/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1101/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1101/2025 10.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra - "xxxx" BOKİ MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKİ MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" BOKİ MMC-nin xeyrinə 14630,32 manat məbləğində əsas borcun, 2018,14 manat məbləğində faiz borcunun, 139,94 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 16788 manat 40 qəpik məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" BOKİ MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Bank Olmayan Kredit İttifaqı MMC arasında 2976-3923-05 saylı, 03 fevral 2023 cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borclu Cavabdeh1 istehlak üçün (müqavilənin 1-ci maddəsi) 24 (iyirmi dörd) ay müddətinə qaytarma şərtləri daxilində və onun kredit aldığı gündən başlayaraq illik 12 (on iki) faiz ödəməsi şərti ilə 15000 (on beş min) manat vəsaiti məbləğində kredit götürmüşdür(müqavilənin 4.1 və 4.2-ci maddəsi). Müqavilənin 4.4-cü maddəsinə əsasən Alınmış resurs və ondan irəli gələn faiz məbləği müəyyən edilmiş müddət ərzində ödənilməzsə və ya qismən ödənilsə, bu məbləğ vaxtı keçmiş ödənişlər siyahısına daxil edilir və Kreditor tərəfindən hər bir vaxtı keçmiş gün üçün 0,84 % dərəcəsini tətbiq etməklə borcalanın həmin günə olan borcuna əlavə faiz borcu hesablanır və hesablanmış cərimə borcalan tərəfindən ödənilməlidir. Cavabdehǝ ittifaq qarşısında öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyi barədə dəfələrlə həm şifahi, həm də yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda, digər borclu Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 ilə "xxxx" Bank Olmayan Kredit İttifaqı MMC arasında bağlanmış 2976-3923-05 saylı, 03 fevral 2023 cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən "xxxx" Bank Olmayan Kredit İttifaqı MMC-nin üzvü Cavabdeh1 arasında bağlanmış 2976-3923-05 saylı, 03 fevral 2023 cü il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək kreditlə əlaqədar olaraq borcalan kredit ittifaqı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək birgə zamin olmuş şəxslər borcalanla birlikdə Kredit İttifaqı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Lakin borclu Cavabdeh1 03 fevral2023 cü il tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdilər ki, iddiaçı "xxxx" BOKİ MMC-nin ona qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul edir və təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak etməsələr də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək iddiaçı "xxxx" BOKİ MMCnin onlara qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul etdiklərini və təmin edilməsinə etirazları olmadıqlarını bildirmişlər. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" BOKİ MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdehlər iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdehlər iddianı etiraf etdiklərindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" BOKİ MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 139,94 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 139,94 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 Cavabdeh3 müştərək qaydada 14630,32 manat əsas borc, 2018,14 manat faiz borcu, 139,94 manat ödənilmiş dövlət rüsumu, cəmi 16788,40 manat pul alınaraq iddiaçı "xxxx" BOKİ MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 14630,32 manat əsas borc, 2018,14 manat faiz borcu, 139,94 manat ödənilmiş dövlət rüsumu, cəmi 16788,40 (on altı min yeddi yüz səksən səkkiz manat qırx qəpik) manat pul alınaraq iddiaçı "xxxx" BOKİ MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar