Məhkəmə qərarları › İş №2(055)-1113/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1113/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1113/2023 24.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1900 manat pulun və 39 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, baş etibarnamə əsasında istifadəsində və sərəncamında olan “Mercedes” markalı, “E-Class” modelli, **-VT-*** dövlət qeydiyyat nömrəli avtomobili satmaq məqsədilə bir müddət yaşadığı ünvanın yaxınlığında, yəni Bakı şəhəri, Bakıxanov qəsəbəsində, “Elşən” marketin qabağında, yolun kənarında saxlamışdır. 2022-ci ilin yanvar ayının 2-də Cavabdeh ona zəng edərək avtomobili almaq istədiyini bildirmiş və onlar bu məqsədlə görüşüb 5700 manata razılaşmışlar. Həmin vaxt Cavabdeh ona 100 manat verərək avtomobili satmamağı, bir-iki günə qalan pulu da düzəldib avtomobili aparacağını demiş, o da etiraz etməmişdir.Həmin günün axşamı Cavabdeh yenidən onunla görüşüb avtomobilin pulundan 300 manat da vermiş və pulun qalanını gətirib verəcəyini demişdir. Yanvar ayının 3-ü Elvin ona zəng edərək Sumqayıta getmək lazım olduğunu və orada Rövşən adlı şəxsdən ona pul alıb verəcəyini bildirmiş, o da Elvinlə birlikdə avtomobillə Sumqayıta getmişdir. Sumqayıtda Elvin Rövşən adlı şəxsdən 3400 manat pul alaraq ona vermiş, qalan 1900 manatı isə yanvar ayının 5-i qaytaracağını demişdir. O da etiraz etməyib avtomobili baş etibarnamə ilə Cavabdeh sərəncamına vermişdir. Yanvarın 5-i Elvinə zəng edib pulun qalanını istədikdə sonuncu Zərdab rayonunda hüzürdə olması səbəbindən görüşə bilməyəcəyini demiş və yanvar ayının 20-ə qədər olan müddətdə hər gün Elvinə zəng etsə də Elvin telefona cavab verməmişdir. Məcbur qalıb Elvinin kirayə yaşadığı ünvana getmiş, lakin Elvini yaşadığı ünvanda da tapa bilməmişdir. Bundan sonra dəfələrlə Elvinə zəng etmiş, mesaj yazmış, sonuncu isə hər dəfə pul axtardığını və yaxın vaxtlarda qalan pulu da verəcəyini bildirmiş, lakin müsbət nəticə əldə olunmamışdır.16 fevral 2023-cü il tarixdə qardaşı Natiq vəfat etdiyi üçün rayona getməli oluğundan Elvinə zəng edib pul lazım olduğunu bildirmiş, Elvin pulu karta atacağını desə də, onu yenə də aldatmışdır. 26 mart 2023-cü ildə rayondan Bakı şəhərinə qayıdıb yenidən Elvinin kirayə yaşadığı ünvana getmiş, həmin vaxt qonşular Elvinin artıq orada yaşamadığını bildirmişlər. Bundan sonra Elvinlə telefonla əlaqə saxlasa da, sonuncu qalan pulu verməyəcəyini bildirərək onu hədələməyə başlamışdır. Bundan sonra o, Saatlı RPŞ-yə şikayət etsə də, nəticə olmamışdır.Daha sonra dəfələrlə Elvindən borclu olduğu 1900 manatı istəsə də, Elvin bu günə kimi ona heç bir ödəniş etməmişdir. O da məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, həqiqətən də, İddiaçı “Mercedes” markalı “E-Class” modelli, **-VT-*** dövlət qeydiyyat nömrəli avtomobili baş etibarnamə əsasında 5700 manat pul müqabilində almışdır. Həmin vaxt beh olaraq iddiaçıya 100 manat deyil, 400 manat, daha sonra isə 300 manat pul vermişdir. Üçüncü dəfə isə iddiaçının dediyi kimi 3400 deyil, 3500 manat, ümumilikdə isə 4200 manat iddiaçıya pul vermişdir. İddiaçı pulu ondan dərhal tələb etdiyindən məcbur qalıb avtomobili yüksək faizlə lizinq müqaviləsi əsasında əldə etmiş, yəni iddiaçıya lizinq şirkətindən aldığı pulu vermiş, lakin avtomobildə nasazlıqlar olduğundan avtomobili idarə edə bilməyib yenidən lizinq təşkilatına qaytarmışdır.Çünki avtomobildəki nasazlıq halları ciddi olmuş, avtomobili idarə etmək mümkün olmamış, nəticədə ona xeyli ziyan dəymişdir. İddiaçıya aldığı avtomobilə görə verməli oduğu 5700 manat puldan 1900 deyil, 1500 manat borcunun qalmasını qəbul edir. Lakin avtomobil nasaz olduğundan və həmin avtomobilə görə xeyli ziyana düşdüyündən hesab edir ki, onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. Çünki iddiaçı onu aldadıb nasaz avtomobili satmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalardan görünür ki, Cavabdeh İddiaçı borcu olduğunu etiraf etmiş və həmin borcu yaxın zamanda qaytaracağını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin yuxarıda göstərilən halları tərəflər arasında 2022-ci ildə avtomobillə bağlı nisyə alğı-satqı münasibətlərinin yaranmasını göstərir. İşin əsas mübahisəli halı olan qalan pulun məbləğinə gəlincə, məhkəmə diqqətə çatdırır ki, qalıq pulun məbləği ilə bağlı iddiaçı tərəfindən yetərli sübutlar təqdim olunmadığından qeyd olunan xüsusatla bağlı məhkəmə cavabdehin etirafını qəbul edərək ödənilməli pul məbləğinin 1900 manat deyil, 1500 manat olması qənaətinə gəlir. Cavabdeh öz etirazının əsas dəlili kimi izahatında qalan 1500 manat pulu avtomobilin nasaz olması ilə əlaqədar olaraq iddiaçıya ödəməli olmadığını göstərərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin qeyd olunan dəlili ilə bağlı göstərir ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin etirazının əsas dəlilinə münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə barədə mötəbər sübutlar təqdim etməmişdir.Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh 1500 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı 39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat pul və 39 manat ödənilmiş dövlət rüsumu, cəmi 1539 (bir min beş yüz otuz doqquz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1113/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 24 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat pul və 39 manat ödənilmiş dövlət rüsumu, cəmi 1539 (bir min beş yüz otuz doqquz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar