Məhkəmə qərarları › İş №2(055)-1119/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1119/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1119/2024 21.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi (atası) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, Cavabdehdan 4700 manat pulun və ödəmilmiş 67 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, 2023-cü ilin yay aylarında Cavabdeh uşağının ağır xəstə olması və onu müalicə etdirəcəyi adı ilə iş üzrə iddiaçı olan oğlundan 4000 manat pul istəmişdir. Oğlu da Ceyhunla bir yerdə işlədiyindən, onu tanıdığından və uşağının xəstə olmasını nəzərə alaraq “Kapital Bank”ın Xırdalan filialından 8000 manat kredit götürərək, həmin pulun 4000 manatını borc olaraq Cavabdeh vermişdir. Həmin vaxt oğlu ilə cavabdehin razılaşmaları belə olmuşdur ki, 8000 manat kreditin 4000 manatını hissə-hissə Ceyhun, qalan 4000 manatını isə banka oğlu ödəyəcəkdir. Bundan 3-4 gün sonra Ceyhun oğlundan əlavə 700 manat da pul almışdır. Lakin Ceyhun oğlu ilə razılaşmalarını pozaraq nə banka, nə də oğluna heç bir ödəniş etməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, iddiaçı ilə bir yerdə işləmişlər. İddiaçı bankdan kredit götürmüş və götürdüyü puldan 1000 manat ona vermişdir. Hazırki vaxtda iddiaçıya 1000 manat borcu vardır. İddiaçıdan əlavə 700 manat pul almamışdır. O hissədə də iddia əssasızdır. Videogörüntü olan danışıqlarda o iddiaçıdan 4000 manat aldığını etiraf etmişdir. Lakin həmin çəkiliş iddiaçının xahişi ilə aparılmışdır. Belə ki, iddiaçı ondan xahiş etmişdir ki, ona görüntülü zəng edərkən iddiaçıdan 4000 manat aldığını etiraf etsin, iddiaçı da həmin videonu atasına göstərəcəkdir. O, da iddiaçı ilə razılaşıb videoda borcu etiraf etmişdir. Göstərilənlərə əsasən iddianın 1000 manat hissədə təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh borc vermişdir. Bu hal işin mübhisəsiz halıdır, çünki cavabdeh iddiaçıdan borc almasını özü də etiraf etmişdir. Lakin məhkəmə iddianın məbləği ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan videogörüntüdən görünür ki, cavabdeh iddiaçıdan 4000 manat aldığını etiraf etmişdir. Həmin videogörüntünün iddiaçının xahişi ilə çəkildiyini bildirən cavabdeh göstərdiyi halı təsdiq edəcək heç bir sübutu məhkəməhə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin həmin arqumentini əsaslı hesab etmir. Bundan başqa, iddiaçı cavabdehə əlavə olaraq 700 maat borc verdiyini bildirsə də, həmin halı təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 700 manat borcun verilməsi hissəsində iddia əsassızdır. Məhkəmə iş materiallarında olan videogörüntüdə cavabdehin etirafını əsas götürərək hesab edir ki, 4000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 4000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində Cavabdeh İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 4000 manat pul, ödənilmiş dövlət rüsumu olaraq 60 manat, cəmi 4060 (dörd min altımış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar