Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1136/2023 16.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 10352,02 manat əsas borcun, 960,79 manat faiz borcunun, cəmi 11312,81 manat borcun və ödənilmiş 124,34 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 11500 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 30 iyun 2022-ci il tarixli 1087602/28943 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəliklərini yerinə yetirənədək Cavabdeh1 ona zamin durmuşdur. Cavabdeh2 25 avqust 2023-cü il tarixə əsas borcu 10352,02 manat, faiz borcu 960,79 manat, cəmi borcu 11312,81 manat təşkil etmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək iddiaçıya olan borc ödənilməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10352,02 manat əsas borcun, 960,79 manat faiz borcunun, cəmi 11312,81 manat borcun və ödənilmiş 124,34 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, o və Cavabdeh2 hər ikisi hərbçidir. O, Cavabdeh2 ilə eyni yerdə xidmət etmiş və həmin vaxtdan onu tanımışdır. Cavabdeh2 anasının xəstəliyinə görə və özü də nişanlı olduğundan ehtiyacı olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüş, o da Cavabdeh2 zamin durmuşdur. Lakin Cavabdeh2 götürdüyü kreditin yarısını başqa birinə vermiş və iddiaçıya olan borcunu ödəməmişdir. Hazırkı vaxtadak Cavabdeh2 iddaçıya olan borcunu ödəmədiyindən hazırda iddiaçı onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Lakin o, iddianı qəbul etmir və krediti götürən şəxs o olmadığı üçün borc məbləğinin Cavabdeh2 tutulmasını istəyir. Ona görə də, göstərdikləri nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 iyun 2022-ci il tarixli ******* saylı kredit müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, bu müqavilə 48 ay müddətinə, illik 16% olmaqla 11500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 iyun 2022-ci il tarixli 1087602/28943 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə əsasında zamin Cavabdeh1 30 iyun 2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən verilmiş 11500 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan, bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş maliyyə arayışından və kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 30 iyun 2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 avqust 2023-cü il tarixə 10352,02 manat əsas borcu, 960,79 manat faiz borcu, cəmi 11312,81 manat borcu vardır. Cavabdeh2 həmin kredit müqaviləsi üzrə əsas borcdan 1147,98 manat, faiz borcundan 1033,02 manat, cəmi 2181 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş kreditin nağdlaşdırılması barədə qəbzdən görünür ki, Cavabdeh2 11500 manat kredit məbləğindən 230 manat komissiya məbləği çıxılmaqla, 11270 manat pulu 30 iyun 2022-ci il tarixdə təhvil almışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 30 mart 2023-cü il tarixli pretenziyadan və həmin pretenziyanın cavabdehlər tərəfindən qəbul edilməsi barədə xəbərnamələrdən görünür ki, iddiaçı Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10352,02 manat əsas borcun və ona hesablanacaq faizlərin ödənilməsi tələb edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 11500 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 30 iyun 2022-ci il tarixli 1087602/28943 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəliklərini yerinə yetirənədək Cavabdeh1 ona zamin durmuşdur. Cavabdeh2 25 avqust 2023-cü il tarixə əsas borcu 10352,02 manat, faiz borcu 960,79 manat, cəmi borcu 11312,81 manat təşkil etmişdir. Cavabdeh2 kredit borcundan cəmi 2181 manat ödəniş etmiş, lakin iddiaçıya olan 10352,02 manat əsas borc, 960,79 manat faiz borcu, cəmi 11312,81 manat borc ödənilməmiş qalmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilənin şərtlərini pozaraq kredit üzrə öhdəliklərini yerinə yetirməmişlər və onların iddiaçıya olan 10352,02 manat əsas borcu, 960,79 manat faiz borcu, cəmi 11312,81 manat borcu hazırkı vaxtadək ödənilməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10352,02 manat əsas borcun, 960,79 manat faiz borcunun, cəmi 11312,81 manat borcun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10352,02 manat əsas borcun, 960,79 manat faiz borcunun, cəmi 11312,81 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10352,02 manat əsas borc, 960,79 manat faiz borcu, cəmi 11312,81 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edimiş 29 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 123,94 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123,94 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10352,02 manat əsas borc, 960,79 manat faiz borcu, cəmi 11312 (on bir min üç yüz on iki) manat 81 (səksən bir) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123 (bir yüz iyirmi üç) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1136/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1136/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver