Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1162/2024 28.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Əligüşad qızının, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Əligüşad qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Əligüşad qızı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 iyun 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən tam mülkiyyət hüququ əsasında ona məxsus olan 0.06 hektar həyətyanı torpaq sahəsinə gələn yolda quraşdırılmış dəmir darvazanın cavabdehlərin hesabına sökülərək yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Əligüşad qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 iyun 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi tikdirməklə həmin evin bir otağında üç nəfər uşaqla yaşayır. Cavabdehlər onun həyətyanı torpaq sahəsinə gələn yola dəmir qapı qoymuşlar. Bununla da onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə maşın yolu kəsilmişdir. Nəticədə o, həyətyanı torpaq sahəsinə maneəsiz girib-çıxa bilmir və fərdi yaşayış evinin tikintisini də davam etdirə bilmir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahatında göstərdi ki, iddianı qəbul etmir. Onlar İddiaçı mane olumurlar. Mübahisəli dəmir qapı neçə il öncə qoyulub və ordan gedibgəlmişlər. İddiçı evi sonradan inşa etmişdir. Həmin dəmir qapı iddiaçıya heç bir maneçilik törətmir. Odur ki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 eyni məzmunlu izahat verərərk iddianın rədd olunmasını xahiş etdi. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********90 nömrəli çıxarışın surətindən görünür ki, həmin çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********90 nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi inşa etmişdir. Lakin həmin yaşayış evinə münasibətdə İddiaçı mülkiyyət hüququ tanınmamışdır. İddiaçının sökülməsini xahiş etdiyi darvaza iddiaçının evinin inşasından illər öncə quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının və cavabdehlərin yaşadıqları ünvana yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan darvazanın sökülməsi üçün zərurətin yaranması və cavabdehlər tərəfindən iddiaçıya əmlakından istifadəyə dair hər hansı maneənin yaradılması halları aşkar edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı mübahisələndirilən darvazadan sərbəst şəkildə girib-çıxır, gündəlik həmin darvazadan keçərək işə gedir və digər gündəlik işlərini yerinə yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı Əligüşad qızı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia rədd olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı Əligüşad qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Əligüşad qızının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1162/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 oktyabr 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Əligüşad qızının, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Əligüşad qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Əligüşad qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Əligüşad qızının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1162/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1162/2024
28.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver