Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1167/2024 11.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3799.31 manat əsas borcun, 1239.38 manat faiz borcunun, 476.95 manat cərimənin, cəmi 5515.64 manat borcun və ödənilmiş 75.16 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 28 dekabr 2021ci il tarixli ümumi oferta müqaviləsinə və 23 yanvar 2023-cü il tarixli ərizəsinə əsasən Cavabdeh 35 ay müddətinə illik 26% ödəmək şərti ilə 3800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 23 yanvar 2023-cü il tarixdə ərizə (aksept) imzalamaqla «X2» X3 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 3799.31 manat əsas borcun, 1239.38 manat faiz borcunun, 476.95 manat cərimənin, cəmi 5515.64 manat borcun və ödənilmiş 75.16 manat dövlət rüsumunun alınıb iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 23 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh «X2» X3 Səhmdar Cəmiyyətininin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. İşdə olan 23 yanvar 2023-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə əsasında iddiaçı «X2» X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə üzrə 35 ay müddətinə illik 26% ödəmək şərti ilə 3800 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin 14 avqust 2024-cü il tarixli arayışından görünür ki, 23 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «X2» Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 3799.31 manat, faiz borcu 1239.38 manat, cərimə borcu 476.95 manat, cəmi borcu 5515.64 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsinə və 23 yanvar 2023-cü il tarixli ərizəsinə əsasən Cavabdeh 35 ay müddətinə illik 26% ödəmək şərti ilə 3800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 23 yanvar 2023-cü il tarixdə ərizə (aksept) imzalamaqla «X2» X3 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə 3799.31 manat əsas borcu, 1239.38 manat faiz borcu, 476.95 manat cərimə, cəmi 5515.64 manat borcu yaranmışdır və iddiaçı həmin borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, 23 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı 3799.31 manat əsas borcun, 1239.38 manat faiz borcun, 476.95 manat cərimənin, cəmi 5515.64 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan 476.95 manat cərimə (dəbbə pulu) 150 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 23 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3799.31 manat əsas borc, 1239.38 manat faiz borcu, 150 manat cərimə, cəmi 5188.69 manat borc alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 75.16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 75.16 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 23 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3799.31 manat əsas borc, 1239.38 manat faiz borcu, 150 manat cərimə, cəmi 5188(beş min bir yüz səksən səkkiz) manat 69(altmış doqquz) qəpik alınaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh ödənilmiş 75(yetmiş beş) manat 16(on altı) qəpik dövlət rüsumu alınaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1167/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1167/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver