Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1170/2023 29.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 4078 manat pulun, 100 manat vəkil xidmət haqqının və 61 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 01 may 2023-cü il tarixdə 10 ay müddətə hər ay 450 manat qaytarmaq şərtilə ondan 4500 manat pul almış və bu barədə qəbz yazaraq imzalamışdır. Həmin pulun Raminə verilməsi zamanı Raminin iş yoldaşı Röyal da Raminə zamin dayandığını, Raminin pulu qaytarmaqla bağlı hər hansı bir problem olmayacağını ona bildirmiş və qəbz yazaraq imzalamışdır. Həmin tarixdən iki ay sonra Ramin yenidən ona 978 manat pul lazım olduğunu bildirmiş, o isə öz növbəsində həmin məbləğdə pulu Raminin iş yoldaşları Təbriz və Yaşarın yanında Raminə vermişdir. Raminin iş yoldaşları Yaşar və Təbriz də əlavə olaraq Raminin ondan pul almasını təsdiq edən qəbz yazaraq imzalamışlar. Ramin ümumilikdə ondan 5478 manat borc pul almış, həmin məbləğdən 15 may 2023-cü ildə 450 manat, 13 iyun 2023-cü ildə 500 manat və 17 iyun 2023-cü ildə 450 manat, cəmi 1400 manat pulu Raminin borc alarkən ona verdiyi anasına məxsus bank kartından çıxarmış, lakin həmin kart 2023-cü ilin avqust ayında bloklandığı üçün qalan məbləği Raminlə əvvəlcədən razılaşdıqları qaydada ala bilməmişdir. Ramindən borcunu dəfələrlə tələb etməsinə baxmayaraq Raminin müxtəlif bəhanələrlə borcunu verməkdən imtina etməsi səbəbindən bu barədə sonuncunun işlədiyi X3 Şöbəsinin rəhbərliyinə müraciət etmiş, Ramin həmin vaxt izahat verərkən ona pul borcu olduğunu təsdiq etmişdir. Raminin hazırda ona 4078 manat borclu qalmış və sonuncu borcunu qaytarmadığından məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı qaytarmaq şərtilə 978 manat borc pul almış və həmin pul iddiaçıya qaytarılmamışdır. İddianın həmin hissədə təmin edilməsinə etirazı yoxdur. İddia tələbinin 4500 manat hissəsinə münasibətdə isə razı deyil. Belə ki, 01 may 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 01 may 2023-cü il tarixdə İddiaçı 10 ay müddətə, hər ay 450 manat qaytarmaq şərtilə cəmi 4500 manat borc pul almışdır. Bildirir ki, qəbzdəki imza ona məxsusdur. Lakin qəbzdə elə yazılsa da, əslində o, 4500 manat deyil, 3000 manat pul almış və həmin pulu da ona İddiaçı deyil, X1 alıb vermişdir. Həmin puldan 1400 manat qaytarmışdır. Qalan 1600 manat pulu isə Elçinə deyil, Röyala qaytaracaqdır. Çünki pulu ona Elçin deyil, Röyal vermişdir. Pul ona Röyal tərəfindən verdiyindən o, yaranmış mübahisəni də Röyalla öz aralarında həll edəcəkdir.Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixli qəbzdəki imza ona məxsusdur. O, İddiaçı ilə Cavabdeh Saatlı şəhəri ərazisində Mədəniyyət idarəsinin yaxınlığında kafedə görüşdüklərini görmüş, lakin Cavabdeh İddiaçı 978 manat pul almasını görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixli qəbzdəki imza ona məxsusdur. O, İddiaçı ilə Cavabdeh Saatlı şəhəri ərazisində Mədəniyyət idarəsinin yaxınlığında kafedə görüşdüklərini görmüş, lakin Cavabdeh İddiaçı 978 manat pul almasını görməmişdir. İşdə olan 01 may 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 01 may 2023-cü il tarixdə İddiaçı 10 ay müddətə, hər ay 450 manat qaytarmaq şərtilə cəmi 4500 manat borc pul almışdır. İşdə olan 01 may 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh X2 yanında 10 ay müddətə hər ay 450 manat qaytarmaq şərtilə İddiaçı cəmi 4500 manat borc pul almışdır. İşdə olan X8 və X5 tərəfindən imzalanmış 17 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Təbriz və Yaşarın yanında İddiaçı 978 manat borc pul almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, cavabdehin qismən etirafedici izahatı, şahidlərin ifadəsi və işdə olan sənədlərlə cavabdehin iddiaçıya 4078 manat borclu olması halı öz təsdiqini tapmışdır. Buradan da görünür ki, İddiaçı Cavabdeh 4078 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Cavabdeh məhkəmə baxışı zamanı verdiyi izahatında iddia tələbini qismən qəbul edərək iddiaçıya hazırda 978 manat borcunun qalmasını, 01 may 2023-cü il tarixli qəbzdəki imzanın ona məxsus olmasına baxmayaraq 4500 manat deyil, 3000 manat pul aldığını və həmin pulu da ona İddiaçı deyil, X2 Elçindən alıb verdiyini, həmin puldan 1400 manat qaytardığıənı və cəmi1600 manat pul qaldığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh isə göstərdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 4078 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 61 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 4078 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61 manat dövlət rüsumu və100 manat vəkil xidmət haqqı, cəmi 4239 (dörd min iki yüz otuz doqquz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür çıxarış İş № 2(055)-1170/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 noyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4078 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61 manat dövlət rüsumu və100 manat vəkil xidmət haqqı, cəmi 4239 (dörd min iki yüz otuz doqquz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1170/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1170/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver