Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1181/2025 27.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi X4, Üçüncü şəxsin nümyəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı su kanalının ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hasarının qarşısından keçən su kanalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, əvvəlki illərdə həyətyanı iddiaçının sahəsin hasarının qarşısında su kanalı olmamışdır. Digər istiqamətdə isə cavabdehin torpaq sahəsinə gedən su kanalı mövcud olmamışdır. Təxminən 2 il bundan əvvəl cavabdehin xahişi və qonşuların razılığı ilə mübahisəli torpaq sahəsindən əlavə su kanalının çəkilməsinə icazə vermişlər. Lakin az sonra yeni çəkilmiş su kanalından təxminən 2 metr aşağı səviyyədə olan həyətyanı sahəyə tədricən su sızıntısı axmağa başlamışdır. Eyni zamanda, cavabdeh həmin kanalı su ilə doldurduqdan sonra kanalın sonunda göl yaradaraq həmin yerdən motorla suyu öz həyətinə vurur və həyətini suvarır. Lakin sonradan görmüşlər ki, kanal su ilə doldurulduqdan sonra su aşaraq həyətə, hasara və digər tikililərə ziyan vurur və nəticədə iddiaçıya məxsus tikililərdə çatlar əmələ gəlmişdir. Belə bir vəziyyət qonşuların həyətyanı sahəsində də baş verir. Hətta yaxın qonşuların həyətində iri buynuzlu heyvanların saxlanıldığı tövlə uçaraq yararsız hala düşmüşdür. Buna görə də iddiaçının və qonşuların etirazı səbəbindən cavabdeh həmin kanaldan istifadə etməmiş, Suvarma Sistemləri İdarəsi tərəfindən əvvəllər çəkilmiş kanaldan istifadə etmişdir. Cavabdeh həyətyanı torpaq sahəsini həmin kanal vasitəsilə sulaya bilir. Cavabdehin mübahisəli kanaldan su aparmasının səbəbi əvvəlki vətəndaşların növbəlilik əsasında su aparması olmuşdur. Mübahisəli kanaldan istifadəyə görə isə növbəlilik yoxdur. Bununla bağlı olaraq bildirir ki, mübahisəli su kanalının bağlanması üçün Saatlı rayon İcra Hakimiyyəti, Suvarma Sistemləri İdarəsi, Şirinbəy bələdiyyəsi və digər səlahiyyətli şəxslərə şikayət ərizəsi ilə müraciət etmişlər. İddiaçının şikayətlərinə əsasən Saatlı rayon İcra Hakimiyyəti və digər səlahiyyətli hüquqi şəxslər tərəfindən mübahisəli su kanalına baxış keçirilmiş və imza edilməklə təsdiqlənmiş 02 iyul 2024-cü il tarixli Akt tərtib edilərək mübahisəyə mövqeylərini bildirmişlər. Belə ki, Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “sözügedən məsələ ilə əlaqədar rayon İcra Hakimiyyəti, rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları, Şirinbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi,, Şirinbəyli bələdiyyəsi, onlar və qarşı tərəfin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı su kanalının həmkəndlisii V.Cəfərovun xahişi ilə qonşuların razılığı əsasında çəkildiyi, sonradan isə həmin kanalın zinǝ suyunun həyətyanı sahələrə ziyan vurduğu üçün doldurularaq ləğv edildiyi məlum olmuşdur. V.Cəfərovun və həmin ərazidə yaşayan kənd sakinlərinin həyətyanı sahələrinin suvarma suyu ilə daha yaxşı təmin edilməsi məqsədi ilə X12 İdarəsi tərəfindən mövcud beton kanal təmin edilmiş, su ilə təminatın yaxşılaşdırılması üçün səyyar su nasosu quraşdırılmışdır. Göründüyü kimi Saatlı rayon İH və digər səlahiyyətli hüquqi şəxslər tərəfindən imzalanmaqla təsdiq olunmuş 02 iyul 2024cü il tarixli Aktda mübahisəli su kanalının onların və qonşuların razılığı əsasında çəkilməsi, sonradan həmin kanalda axan suyun tikililərə ziyan vurması, X12 İdarəsi tərəfindən mövcud beton kanalın təmir edilməsi, su ilə təminatın yaxşılaşdırılması üçün səyyar su nasosunun quraşdırılması qeyd olunmuşdur. Əlavə olaraq bildirir ki, cavabdeh həyətinə gedən kanalının çəkilməsi üçün dövlət orqanlarına müraciət etmiş və Saatlı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən müvafiq texnika ayrılaraq Cavabdeh həyətyanı sahəsinə su kanalı çəkilmişdir. Həmin kanal vasitəsilə iddiaçının həyətinə su gəlir və hazırda icavabdehin su ilə bağlı hər hansı problemi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 3-16- 16/2-10/1999 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh həyətyanı torpaq sahəsinin başqa hissəsindən alternativ su kanalı nəzərdə tutulmuşdur və ya mövcuddur. Eyni zamanda, X5 adına verilmiş Şəhadətnamədən və müvafiq xəritə-sənədlərindən görünür ki, mübahisəli su kanalı mövcud olunmamışdır. Bu fakt sübut edir ki, mübahisəli kanal əvvəldən mövcud olmamış, yalnız sonralar torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən çəkilmişdir. Qeyd edilmiş əsaslara uyğun olaraq təsdiq olunur ki, mübahisəli ərazidə yaşayan kənd sakinlərinin və cavabdehin torpaq sahələrinin suvarma suyu ilə daha yaxşı təmin edilməsi məqsədi ilǝ X12 İdarəsi tərəfindən mövcud beton kanalı təmir edilmiş, su ilə təminatın yaxşılaşdırılması üçün səyyar su nasosu quraşdırılmış, ərazidə alternativ su kanalının olmuş, ona görə də, cavabdehin hazırda su ilə təminatında problem olmamış və mübahisəli su kanalından suyun axması səbəbindən qonşuların və onların tikililərə ziyan dəymişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edirəm. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia etdiyi su kanalı tikililərə heç bir ziyan vermir. Bununla bağlı ekspert rəyidə vermişdir. Eyni məsələ ilə bağlı əvvəl də məhkəmə araşdırması olmuş və iddiaçının qeyd etdiyi hallar, həmin məhkəmə araşdırması zamnı öz tsdiqini tapmamışdır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X13 cavabdehin izahatına uyğun izahat verərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı üçüncü şəxsin nümyəndəsi X8 izahat verərək göstərdi ki, mübahisəli su kanalı X19 sistemlərinin istismarı idarəsinin balansında olmadığından iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İşdə olan JN-748A, KOD 90800068 saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsi X10 və Cəfərova(Şükürova) Dünyaxanım Əsəd qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-754A, KOD 90800068 saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsi X14, X15, İddiaçı və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-39/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X6, X9, X14 və X11 qarşı hasarın içəri tərəfə çəkilməsi və su kanalının əvvəlki qaydada bərpa edilməsi tələbi qismən təmin edilməsi və Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-748A KOD 90800068 saylı şəhadətnamə əsasında Cavabdeh və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsinə çəkilmiş su kanalı 60 metr hissədə cavabdehlər X14 və X15 tərəfindən bərpa edilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)- 1505/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)- 39/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)- 574/2025 nömrəli qərarından görünür ki, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)- 1505/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, mübahisəli su kanalı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin qarşısından keçir. İddiaçı hazırda, həmin su kanalından axıdılan suyun onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində mövcud olan tikililərə ziyan vurduğu və bundan başqa cavabdehin mübahisəli su kanalından başqa ikinci bir su kanalının olduğunu bildirərək su kanalının cavabdeh tərəfindən doldurulması barədə iddia qaldırmışdır. İşdə olan qanuni qüvvəyə minmiş Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-39/2024 nömrəli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının həyətyanı torpaq sahəsinin qərb hissəsindən alternativ su kanalı olsa da, həmin kanalın iddiaçının əlavə olaraq istifadə etdiyi başqa torpaq sahəsi üçün nəzərdə tutulduğu məlum olmuşdur. Göründüyü kimi iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi hallar qanuni qüvvəyə minimiş qətnamə ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, hazırki mübasihəsinin predmeti olan su kanalı ilə bağlı daha əvvəl məhkəmə prosesi aparılmış və yekunda su kanalının açılması barədə qənaətə gəlinmişdir. Bununla bağlı məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. Hazırki iddia tələbində göstərilən hallara qanuni qüvvəyə minimiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyindən hazırki iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı su kanalının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İşdə olan qəbzdən görünür ki, İddiaçıtərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyi üçün iddiaçıya aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı su kanalının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1181/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1181/2025
27.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver