Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-119/2024 29.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3250 manat və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 25 aprel 2022-ci il tarixdə “tap.az” saytında yerləşdirdiyi elanla bağlı özünü Mahmud kimi tanıdan şəxs, yəni cavabdeh ona zəng edərək avtomobilinin sürət qutusunu alacağını bildirmiş, 05 may 2022-ci il tarixə kimi aldığı əşyanın dəyərini ödəyəcəyinə söz vermiş, həmçinin maddi cəhətdən heç bir çətinliyi olmadığını və 05 may 2022-ci il tarixə kimi pulu tam ödəyəcəyini bildirmişdir. O, cavabdehlə 27 aprel 2022-ci il tarixdə Binəqədi rayonunda yerləşən “Castrol” servisdə görüşüb sürət qutusunu ona vermişdir. 12 may 2022-ci il tarixdə cavabdeh ona zəng edərək avtomobilinin oturacaqlarını və sürət qutusunun başlığını da istəmişdir. O, cavabdehlə Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Sultan” marketin yaxınlığında görüşüb avtomobilinin oturacaqlarını və sürət qutusunu cavabdehə vermiş, cavabdeh isə 05 iyun 2022-ci il tarixdə aldıqlarının pulunu tam ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh bir müddət onu aldadaraq vaxt qazanmış, daha sonra isə 23 sentyabr 2022-ci il tarixdə ona zəng edərək sürət qutusunu qaytaracağını bildirmiş, o, əvvəlcə razılaşmamış, sonradan sürət qutusunu usta tərəfindən yoxlanıldıqdan sonra geri götürəcəyini bildirmiş, həmin gün axşam saat 23:00 radələrində cavabdeh taksi ilə sürət qutusunu ona göndərmişdir. Səhəri gün o, sürət qutusunu ustaya aparıb yoxlatdırmış, sürət qutusunun alt qoruyucusunun qırıq olması, yağının olmaması və bəzi detallarının dəyişdirildiyi məlum olmuşdur. Həmin vaxt o, cavabdehlə əlaqə saxlamış, cavabdeh isə sürət qutusunun yağını özünün götürdüyünü və qabda saxladığını, göndərəcəyini bildirmiş, lakin o, razılaşmamışdır. Cavabdeh sonradan ona sürət qutusunun da pulunu göndərəcəyini demişdir. Lakin heç bir ödəniş etməmiş, onu aldadaraq vaxtı uzatmışdır. Nəticədə ona 3250 manat ziyan vurmuşdur. O, bu barədə polisə müraciət etmiş, Binəqədi Rayon Polis İdarəsində cavabdehdən izahatlar alınmış, cavabdeh izahatında sürət qutusunu qaytardığını, buna görə də sadəcə onun başlığını dəyişdiyinə görə cavabdeh olduğunu və 1300 manat pul ödəyəcəyini, lakin sürət qutusunda olan qüsura görə özünün cavabdehlik daşımadığını bildirmişdir. Cavabdeh 1300 manat pulu 04 noyabr 2022-ci il tarixə kimi ödəyəcəyini bildirmiş, lakin yenə də onu aldadaraq pulu ödməməmişdir. Cavabdeh ona vurulmuş zərərin əvəzi kimi ümumilikdə 3250 manat pul ödəməlidir. Həmin puldan 1300 manat oturacaqlara və sürət qutusunun başlığına görə, qalan 1950 manat isə sürət qutusunun yağının çıxarılması və zədələnməsinə görə hesablanmış puldur. Ona görə də Cavabdeh 3250 manat və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh Binəqədi RPİ-nin İstintaq Şöbəsinə verdiyi izahatdan görünür ki, Cavabdeh göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə “tap.az” saytında gördüyü elanla bağlı ***-***-**-** mobil nömrəsinin sahibi Arif kimi tanıdığı şəxsə zəng edərək ondan avtomobilinin sürət qutusunu istəmişdir. O və Arif adlı şəxs 27 aprel 2022-ci il tarixdə Binəqədi rayonunda “Castrol” servisdə görüşüb söhbətləşəndən sonra o, Arifə bildirmişdir ki, sürət qutusunu götürüb ödənişini may ayının 5-nə kimi ödəyəcək və hətta ona bildirmişdir ki, “Khalil Constraction” şirkətinin rəhbəridir və tez bir zamanda pulu ödəyəcəkdir. Bir müddət keçdikdən sonra Arifə zəng edərək avtomobilinin oturacaqlarını və sürət qutusunun başlığını da istəmiş və bildirmişdir ki, 05 iyun 2022-ci il tarixdə tam ödəyəcəkdir. Sonradan sürətlər qutusu onun maşınına düşmədiyi üçün o, Arifə sürət qutusunu qaytaracağını bildirmişdir. Sonradan taksi ilə sürətlər qutusunu geri qaytarmışdır. Həmin sürətlər qutusunu necə almışdırsa, elə də qaytarmışdır. Və sürətlər qutusuna heç nə etməmişdir. Bundan başqa, o, həmin şəxsdən aldığı oturacaq və sürətlər qutusunun başlığına görə 1300 manat pul verməlidir və həmin pulu 04 noyabr 2022-ci il tarixə kimi ödəyəcəkdir. O, sürətlər qutusunda olan hər hansı bir nasazlığa görə cavabdehlik daşımır. İşdə olan və məhkəmə iclasında elan edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh 25 aprel 2022ci il tarixdə “tap.az” saytında gördüyü elanla bağlı ***-***-**-** mobil nömrəsinin sahibi Arif kimi tanıdığı şəxsə zəng edərək ondan avtomobilinin sürət qutusunu istədiyini, Arif adlı şəxslə 27 aprel 2022-ci il tarixdə Binəqədi rayonunda “Castrol” servisdə görüşüb söhbətləşəndən sonra Arifə sürət qutusunu götürüb ödənişini may ayının 5-nə kimi ödəyəcəyini və hətta “Khalil Constraction” şirkətinin rəhbəri olduğunu və tez bir zamanda pulu ödəyəcəyini bildirdiyini, bir müddət keçdikdən sonra Arifə zəng edərək avtomobilinin oturacaqlarını və sürət qutusunun başlığını da istədiyini və 05 iyun 2022-ci il tarixdə tam ödəyəcəyini bidirdiyini, sonradan sürətlər qutusu onun maşınına düşmədiyi üçün Arifə sürət qutusunu qaytaracağını bildirdiyini, sonradan taksi ilə sürətlər qutusunu geri qaytardığını, həmin sürətlər qutusunu necə almışdırsa, elə də qaytardığını və sürətlər qutusuna heç nə etmədiyini, bundan başqa, həmin şəxsdən aldığı oturacaq və sürətlər qutusunun başlığına görə 1300 manat pul verməli olduğunu və həmin pulu 04 noyabr 2022-ci il tarixə kimi ödəyəcəyini, sürətlər qutusunda olan hər hansı bir nasazlığa görə cavabdehlik daşımadığını göstərmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq cavabdehin ondan avtomobilinin sürət qutusunu, oturacaqlarını və sürət qutusunun başlığını aldığını, həmin əşyalara görə heç bir ödəniş etmədiyini, daha sonra cavabdehin sürət qutusunu qaytardığını, lakin sürət qutusu usta tərəfindən yoxlanılarkən alt qoruyucusunun qırıq olmasının, yağının olmamasının və bəzi detallarının dəyişdirildiyinin məlum olduğunu, cavabdehlə əlaqə saxladığını və cavabdehin sürət qutusunun yağını özünün götürdüyünü, qabda saxladığını və ona göndərəcəyini bildirdiyini, daha sonra cavabdehin sürət qutusunun da pulunu göndərəcəyini dediyini, lakin heç bir ödəniş etmədiyini, nəticədə ona 3250 manat ziyan vurduğunu, həmin ziyan məbləğinin 1300 manat hissəsinin oturacaqlara və sürət qutusunun başlığına görə, qalan 1950 manat hissəsinin isə sürət qutusunun yağının çıxarılması və zədələnməsinə görə hesablandığını göstərmişdir. Məhkəmə icasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2023-cü il tarixli qərarla və Cavabdeh Binəqədi RPİ-nin İstintaq Şöbəsinə verdiyi izahatla müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan avtomobilinin sürət qutusunu, oturacaqlarını və sürət qutusunun başlığını aldığını, daha sonra sürət qutusu maşınına düşmədiyi üçün onu geri qaytardığını, sürət qutusuna heç bir ziyan vurmadığını bildirmiş, oturacaqlara və sürət qutusunun başlığına görə isə iddiaçıya 1300 manat pul ödəməli olduğunu etiraf etmişdir. Məhkəmə cavabdehin iddiaçıya 1300 manat pul ödəməli olduğunu etiraf etdiyini özündə əks etdirən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2023-cü il tarixli qərarı və Cavabdeh Binəqədi RPİ-nin İstintaq Şöbəsinə verdiyi izahatı mötəbər sübut kimi qəbul edərək hesab edir ki, İddiaçı nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh 1300 manat pulu tələb etməkdə haqlıdır. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı məhkəmə iclasında avtomobilinin sürət qutusunu cavabdehə verdiyini, lakin cavabdehin heç bir ödəniş etmədiyini və daha sonra sürət qutusunu ona qaytardığını, sürət qutusunun yoxlanılarkən qüsurlu olmasını, yəni alt qoruyucusunun qırıldığını, yağının olmadığını və bu halla bağlı Cavabdehlik daşıdığını bildirmiş və sürət qutusunda olan qüsurlara görə ondan vurulmuş zərərin əvəzi olaraq 1950 manat pul (avtomobilin oturacaqları və sürət qutusunun başlığına görə hesablanmış 1300 manat pul iddiaçının tələb etdiyi cəmi 3250 manat puldan çıxılmaqla) tələb etmişdir. Lakin iddiaçı bu halı, yəni sürət qutusunda qüsurun olmasını, həmin qüsurun cavabdeh tərəfindən yarandığını, həmin qüsura görə ona 1950 manat ziyan dəydiyini, həmçinin sürət qutusunun ilkin bazar qiymətini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, buna görə də iddiaçının göstərdiyi hallar, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus sürət qutusunun zədələnməsinə görə iddiaçıya 1950 manat məbləğində ziyan dəyməsi halı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1300 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 27 noyabr 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 53 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-119/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-119/2024
29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver