Məhkəmə qərarları › İş №2(055)-1193/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1193/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1193/2023 30.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2220,62 manat əsas borc, 613,49 manat faiz borcu, ödənilmiş 48,34 manat dövlət rüsumunun, cəmi 2882,45 manat borcun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2022-ci il tarixli, 2734-4265-03 saylı kredit müqaviləsinə əsasən cavabdehə kiçik biznesini inkişaf etdirmək məqsədi ilə zəruri olan avadanlıq, hazır məhsul, xammal və materiallar əldə edilməsi üçün 18 ay müddətinə qaytarmaq şərti ilə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 15 mart 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirmədikləri üçün onların iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 2220,62 manat əsas borcu, 613,49 manat faiz borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Ona görə də 15 mart 2022-ci il tarixli, 2734-4265-03 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2220,62 manat əsas borc, 613,49 manat faiz borcu, ödənilmiş 48,34 manat dövlət rüsumunun, cəmi 2882,45 manat borcun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 mart 2022-ci il tarixli, 2734-4265-03 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə qaytarmaq şərti ilə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 15 mart 2022-ci il tarixli, 2734-4265-03/Z saylı zaminlik müqavilələrindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətindən götürdüyü 3000 manat kreditlə əlaqədar olaraq zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 kredit alan-Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan 19 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" Bank olmayan Kredit X1 Cəmiyyətinə 19 sentyabr 2023-cü il tarixə olan borcu 2220,62 manat əsas borc, 613,49 manat faiz borcu təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında 15 mart 2022-ci il tarixli, 2734-4265-03 saylı kredit müqaviləsinə əsasən cavabdehə kiçik biznesini inkişaf etdirmək məqsədi ilə zəruri olan avadanlıq, hazır məhsul, xammal və materiallar əldə edilməsi üçün 18 ay müddətinə qaytarmaq şərti ilə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 15 mart 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirmədikləri üçün onların iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 2220,62 manat əsas borcu, 613,49 manat faiz borcu yaranmışdır. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2220,62 manat əsas borc, 613,49 manat faiz borcu, cəmi 2834,11 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2220,62 manat əsas borcu, 613,49 manat faiz borcu, cəmi 2834,11 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2220,62 manat əsas borc, 613,49 manat faiz borcu, cəmi 2834,11 manat pul alınıb iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş 19 sentyabr 2023 qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 48,34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 48,34 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2220,62 manat əsas borc, 613,49 manat faiz borcu, cəmi 2834 (iki min səkkiz yüz otuz dörd) manat 11 (on bir) qəpik alınıb iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 48 (qırx səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq idddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar