Məhkəmə qərarları › İş №2(055)-12/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-12/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-12/2024 29.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə 7180 manat pulun və ödənilmiş 91 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə uzun müddətdir ki, yaxın münasibətləri olmuşdur. Buna görə də Cavabdeh 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat, 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 2060 manat, 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat, 14 noyabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat və 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən isə 3000 manat borc pul vermişdir.Cavabdeh bu barədə məxaric xəzinə orderlərinə imza edərək pulu qəbul etmiş və borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdeh hər dəfə ödəniş edərkən bu barədə ödəniş cədvəllərində qeydiyyat aparılmış, cavabdeh də həmin ödəniş cədvəllərinə imza etmişdir. Cavabdeh 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 1267 manat ödəmiş 278 manat qalmış, 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 2060 manat puldan 1205 manat ödəmiş 855 manat qalmış, 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 362 manat ödəmiş 1183 manat qalmış, 14 noyabr 2022ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 181 manat ödəmiş 1364 manat qalmış, 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 3000 manat puldan isə hər hansı məbləğ ödəməmişdir. Qeyd etdiyi məxaric xəzinə orderlərinə əsasən hazırda cavabdehin ona 6680 manat borcu qalmışdır. Bundan başqa, cavabdeh 2023-cü ilin mart ayının 14-də ondan 500 manat pul almış, lakin həmin pulu da qaytarmamışdır. Hazırda cavabdehin ümumilikdə ona 7180 manat borcu vardır. Ekspert rəylərində Cavabdeh adına olan 08 iyul 2022-ci il tarixli və 14 noyabr 2022-ci il tarixli məxaric xəzinə orderlərindəki imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması göstərilmişdir. Ekspert rəyi ilə razı deyil. Həmçinin bildirir ki, cavabdehə məxsus plastik bank kartları onda deyil, X1 olmuş, sonuncu cavabdehin tapşırığına əsasən hər dəfə karta pul yüklənəndə pulu məxaric edib ona vermiş, o da bu barədə ödəniş cədvəlində qeydiyyat aparmışdır. Ona hər ay ödəniş cədvəllərindəki miqdarda pul verilmişdir. Plastik bank kartlarının onda olması və borcun tam şəkildə ödənilməsi barədə deyilənlər yalandır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İddiaçı ilə eyniməzmunlu izahat verdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, həqiqətən də, İddiaçı 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat, 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat və 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən isə 3000 manat olmaqla cəmi 6090 manat borc pul almışdır. Lakin borcunu tam şəkildə ödəmişdir. Çünki ona məxsus plastik bank kartları iddiaçıda olmuş, hər dəfə karta pul yüklənəndə İddiaçı Rasim İsmayılov vasitəsilə kartdan pulu məxaric edib borcun əvəzi kimi götürmüşdür. 14 noyabr 2022-ci il tarixli və 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderlərindəki imzalar isə ona məxsus deyil. Həmin tarixlərdə iddiaçıdan müvafiq olaraq 1545 və 2060 manat məbləğində pul almamışdır. Həmin tarixli məxaric xəzinə orderlərindəki imzaların ona məxsus olmadığı ekspertiza rəyləri ilə bir daha təsdiq olunmuşdur. Əlavə olaraq bildirir ki, 14 mart 2023-cü il tarixdə, həqiqətən də, cavabdehdən 500 manat borc pul almışdır. Lakin həmin pul da cavabdehə ödənilmişdir.Hazırda onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, həm İddiaçı, həm də Cavabdeh tanıyır. İddiaçı iş yoldaşı, Cavabdeh isə qonşusudur. Hər iki şəxslə ədavət və düşmənçiliyi olmamışdır. Lakin son dövrlər hazırkı məhkəmə mübahisəsinə görə onunla İddiaçı arasında münaqişə yaranmışdır. Bildirir ki, Vüqar Dadaşova məxsus plastik bank kartları onda deyil, İddiaçı olmuş, sonuncu hər dəfə karta pul yüklənəndə bankomatdan pul məxaric etmək üçün kartı ona vermiş, o da pulu bankomatdan məxaric etdikdən sonra həm pulu, həm də plastik kartı Mahirə qaytarmışdır. Hər dəfə nə qədər pul məxaric edibsə hamısını Mahirə vermişdir. Onun hər ay bankomatdan məxaric edib İddiaçı verdiyi pullar təxminən aylıq 1000-1500 manat arası olmuşdur. İşdə olan 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh İddiaçı 1545 manat borc pul almışdır. İşdə olan 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh İddiaçı 1545 manat borc pul almışdır. İşdə olan 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pul almışdır. İşdə olan 28 aprel 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 1267 manat ödəmiş 278 manat borclu qalmışdır. İşdə olan 27 sentyabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 362 manat ödəmiş 1183 manat borclu qalmışdır. İşdə olan 09 dekabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixli məxaric xəzinə orderinə əsasən aldığı 3000 manat puldan hər hansı məbləğ ödəməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 4/1593 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adına olan 08 iyul 2022-ci il tarixli və 14 noyabr 2022-ci il tarixli məxaric xəzinə orderlərində “CavabdehD” sözlərinin qarşısındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli 4/27 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adına tərtib olunmuş 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderində “İmza: CavabdehD” qrafasındakı imza; 10-cu vərəqdə olan Cavabdeh adına tərtib olunmuş 14 noyabr 2022-ci il tarixli məxaric xəzinə orderində “İmza:CavabdehD” qrafasındakı imza Cavabdeh tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs(şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia tələbinin əsaslılığına gəlincə, məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 28 aprel 2022-ci il tarixli, 08 iyul 2022-ci il tarixli, 27 sentyabr 2022-ci il tarixli, 14 noyabr 2022-ci il tarixli, 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderlərinə və 14 mart 2023-cü il tarixli şifahi borc müqaviləsinə istinad edərək cavabdehdən 7180 manat məbləğində pul tələb edir. 28 aprel 2022-ci il tarixli, 27 sentyabr 2022-ci il tarixli və 14 noyabr 2022-ci il tarixli məxaric xəzinə orderlərinə əsasən iddiaçının cavabdehə hər dəfə 1545(cəmi 4635) manat, 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 2060 manat, 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən isə 3000 manat borc pul verdiyi məlum olur. Cavabdeh isə izahatında iddiaçıdan həqiqətən də 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat, 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat və 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən isə 3000 manat olmaqla cəmi 6090 manat borc pul aldığını qəbul etsə də, 14 noyabr 2022-ci il tarixli və 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderlərindəki imzaların ona məxsus olmadığını, həmin tarixlərdə iddiaçıdan müvafiq olaraq 1545 və 2060 manat məbləğində pul almadığını bildirir. Yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizaların 18 oktyabr 2023-cü il tarixli və 01 fevral 2024-cü il tarixli rəyləri ilə, həqiqətən də, 14 noyabr 2022-ci il tarixli və 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderlərindəki imzaların cavabdeh tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizaların və bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş ekspertlərin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 4/1593 nömrəli və 01 fevral 2024-cü il tarixli 4/27 nömrəli saylı rəyləri iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin belə olan halda məhkəmə hesab edir ki, 14 noyabr 2022-ci il tarixli və 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderləri mötəbər sübut hesab edilmədiyindən yazılı sübutlar nöqteyi nəzərindən hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirmə həqiqliyini cavabdehin də qəbul etdiyi 28 aprel 2022-ci il tarixli, 27 sentyabr 2022-ci il tarixli və 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderlərinə münasibətdə aparılmalıdır. Belə ki, Cavabdeh məhkəmə araşdırması zamanı 28 aprel 2022-ci il tarixli, 27 sentyabr 2022-ci il tarixli və 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderlərindəki imzaların ona məxsus olduğunu və həmin məxaric xəzinə orderlərində qeyd edilmiş məbləğdə iddiaçıdan pul aldığını qəbul etmişdir. Cavabdehin etirazının əsas dəlili ondan ibarətdir ki, aldığı pul məbləğini iddiaçıya qaytarmışdır. Cavabdehin qeyd olunan dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və həqiqiliyi cavabdeh tərəfindən də mübahisələndirilməmiş 28 aprel 2022-ci il tarixli, 27 sentyabr 2022-ci il tarixli və 09 dekabr 2022-ci il tarixli ödəniş cədvəllərindən görünür ki, cavabdeh 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 1267 manat ödəmiş 278 manat qalmış, 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 362 manat ödəmiş 1183 manat qalmış, 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən aldığı 3000 manat puldan isə hər hansı məbləğdə ödəniş etməmişdir. Beləliklə, yekun olaraq 28 aprel 2022-ci il tarixli, 27 sentyabr 2022-ci il tarixli və 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderlərinə əsasən Cavabdeh İddiaçı 4461 manat borcu qalmışdır. İddia tələbinin digər hissəsi olan 500 manat pul tələbinə gəlincə cavabdeh özü də məhkəmə baxışı zamanı verdiyi izahatında 14 mart 2023-cü il tarixdə həqiqətən də iddiaçıdan 500 manat pul aldığını, lakin həmin pul məbləğini qaytardığını göstərsə də, bu barədə məhkəmə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Pulun qaytarılması hissəsində sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Tərəflərin izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 106.1-ci maddəsinin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması dövründə cavabdehin izahatlarında ziddiyyətlər yaranmış və sonuncu yaranmış ziddiyyətlərə aydınlıq gətirə bilməmişdir. Belə ki, cavabdeh 21 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatında iddianı qismən qəbul etdiyini, iddiaçıya borcu olduğunu, lakin borcunun dəqiq məbləğini bilmədiyini göstərsə də, sonrakı məhkəmə iclaslarında iddianı qəbul etməyərək iddiaçıya hər hansı məbləğdə borcu olmadığını göstərmişdir. Bu isə məhkəmədə cavabdehin izahatına tənqidi yanaşmağa, onun izahatı ilə müqayisədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul etməyə əsas vermişdir. Ona görə də məhkəmə hazırki mübahisə üzrə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul edir. Şahidin ifadəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, MPM-in 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmasa da, MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olubolmamaları və s. hallar yoxlanılmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilər. Hazırki iş üzrə cavabdehin təqdim etdiyi şahidin isə cavabdehlə daha yaxın münasibətlərdə olduğu, iddiaçı ilə isə normal münasibətlərinin olmadığı, qismən münaqişə vəziyyətində olduğu müəyyən edilmişdir. Digər tərəfdən şahid ona verilən suallara ağlabatan cavab verməyərək əvvəlcə bankomatdan təxmini də olsa nə qədər pul məxaric etdiyini bilmədiyini, sonra isə hətta cavabdehin səsləndirmədiyi rəqəmi qeyd edərək təxminən hər ay 1000-1500 manat bankomatdan pul məxaric edib iddiaçıya verdiyini göstərmişdir. Odur ki, məhkəmə hazırki mübahisə üzrə şahidin ifadəsinin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşaraq həmin ifadəyə tənqidi yanaşmaq üçün kifayət qədər əsasların olması qənaətinə gələrək hesab edir ki, həmin ifadə mötəbər sübut kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etməsə də, iddiaçının izahatı və işdə olan digər sübutlarla Cavabdeh İddiaçı 4961 manat borclu olması öz təsdiqini tapmışdır. Buradan da görünür ki, İddiaçı Cavabdeh 4961 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə cavabdehin göstərdiklərini tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh 4961 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 91 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli, 4/1593 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil etmişdir. İşə əlavə edilmiş 01 fevral 2024-cü il tarixli, 4/27 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 91 manat dövlət rüsumunun əvəzi olaraq 69.61 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının cəmi dəyəri olan 263 manat pul isə iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4961 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.61 manat, cəmi 5030 (beş min otuz) manat 61(altmış bir) qəpik pul alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının cəmi dəyəri olan 263(iki yüz altmış üç) manat pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar