Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1240/2022 12.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini araşdırıb, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, onlar geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin qoşma hissəsində qeyd olunmasına baxmayaraq İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi, şəxsiyyətinini təsdiq edən sənədin surətini, polis bölməsinin cavabının surətini iddia ərizəsinə əlavə etdiyini göstərsə də, həmin sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı həmçinin cavabdehin harada qeydiyyatda olması barədə arayışı və ya digər müvafiq sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olumuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 152.1.1-ci və 152.1.5-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-1240/2022
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1240/2022
12.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver