Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-125/2023 01.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7532.09 manat əsas borcun, 1577.60 manat faiz borcunun, 267.84 manat cərimə borcunun, cəmi 9377.53 manat borcun, 115 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 26% dərəcəsi ilə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin borcun məhkəmədən kənar qaydada ödənilməsi barədə cavabdehlə danışıqlar aparılmış, xəbərdarlıq göndərilmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, nəticədə cavabdehin iddiaçıya 7532.09 manat əsas borcu, 1577.60 manat faiz borcu, 267.84 manat cərimə borcu, cəmi 9377.53 manat borcu yaranmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb Cavabdeh 7532.09 manat əsas borcun, 1577.60 manat faiz borcunun, 267.84 manat cərimə borcunun, cəmi 9377.53 manat borcun və 115 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin bu xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən etiraf edərək iddia tələbinin ekspert rəyində göstərilən formada təmin olunmasına etirazı olmadığını bildirdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 26% olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 7532.09 manat, faiz borcu 1577.60 manat, 267.84 manat cərimə borcu, cəmi 9377.53 manat borcu vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli¸9/1944 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21 dekabr 2022-ci il tarixə əsas borc üzrə 7510.28 manat, faiz borcu üzrə 1572.99 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 26% dərəcəsi ilə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 7532.09 manat əsas borcu, 1577.60 manat faiz borcu, 267.84 manat cərimə borcu, cəmi 9377.53 manat borc hesablanmışdır. Cavabdeh iddia tələbi ilə razı olmadığı üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2023cü il tarixli¸9/1944 nömrəli məhkəmə ekspert rəyi ilə cavabdehin 21 dekabr 2022-ci il tarixə əsas borc üzrə 7510.28 manat, faiz borcu üzrə 1572.99 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh 21 dekabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 7510.28 manat, faiz borcu üzrə 1572.99 manat borcu olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli,9/1944 nömrəli məhkəmə ekspertizası rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 7510.28 manat əsas borc, 1572.99 manat faiz borcu, 267.84 manat cərimə borcu, cəmi 9351.11 manat borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 115 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 50 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7510.28 manat əsas borc, 1572.99 manat faiz borcu, 267.84 manat cərimə borcu, cəmi 9351 (doqquz min üç yüz əlli bir) manat 11 (on bir) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 115 (bir yüz on beş) manat dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-125/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-125/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver