Məhkəmə qərarları › İş №2(055)-1260/2022

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1260/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1260/2022 30.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə 187,48 manat əsas borc, 18,52 manat cərimə və 26 mart 2022-ci il tarixli müqavilə üzrə 597,96 manat əsas borc, 59,04 manat cərimə, cəmi 863 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 195 manat ilkin ödəniş olmaqla, 3 ay müddətinə hər ay 189,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 762,48 manat, İMEİ kodu **********69628 olan “Samsung Galaxy A52” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 597,96 manat, İMEİ kodu **********77648 olan “Samsung Galaxy A12” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 575 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə 187,48 manat və 26 mart 2022-ci il tarixli müqavilə üzrə 597,96 manat, cəmi 785,44 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 18,52 manat və 59,04 manat, cəmi 77,56 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə 187,48 manat əsas borc, 18,52 manat cərimə və 26 mart 2022-ci il tarixli müqavilə üzrə 597,96 manat əsas borc, 59,04 manat cərimə, cəmi 863 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 yanvar 2022-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 195 manat ilkin ödəniş olmaqla, 3 ay müddətinə hər ay 189,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 762,49 manat, İMEİ kodu **********69628 olan “Samsung Galaxy A52” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 mart 2022-ci il tarixli, 03431243 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 597,91 manat, İMEİ kodu **********77648 olan “Samsung Galaxy A12” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə 187,48 manat əsas borc, 18,52 manat cərimə və 26 mart 2022-ci il tarixli müqavilə üzrə 597,96 manat əsas borc, 59,04 manat cərimə, ümumilikdə ödənilməmiş 863 manat borcu qalmışdır. Cavabdeh 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə cəmi 575 manat ödəniş etmiş, 26 mart 2022-ci il tarixli müqavilə üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 195 manat ilkin ödəniş olmaqla, 3 ay müddətinə hər ay 189,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 762,48 manat, İMEİ kodu **********69628 olan “Samsung Galaxy A52” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 33,22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 597,96 manat, İMEİ kodu **********77648 olan “Samsung Galaxy A12” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 575 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə 187,48 manat və 26 mart 2022-ci il tarixli müqavilə üzrə 597,96 manat, cəmi 785,44 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 18,52 manat və 59,04 manat, cəmi 77,56 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə 187,48 manat əsas borc, 18,52 manat cərimə və 26 mart 2022-ci il tarixli müqavilə üzrə 597,96 manat əsas borc, 59,04 manat cərimə, cəmi 863 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 20 yanvar 2022-ci il tarixli müqavilə üzrə 187,48 manat əsas borc, 18,52 manat cərimə və 26 mart 2022-ci il tarixli müqavilə üzrə 597,96 manat əsas borc, 59,04 manat cərimə, cəmi 863 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 187,48 manat əsas borc, 18,52 manat cərimə və 26 mart 2022-ci il tarixli müqaviləyə əsasən 597,96 manat əsas borc, 59,04 manat cərimə, cəmi 863 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 24 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 187,48 manat əsas borc, 18,52 manat cərimə və 26 mart 2022-ci il tarixli müqaviləyə əsasən 597,96 manat əsas borc, 59,04 manat cərimə, cəmi 863 (səkkiz yüz altmış üç) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar