Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1266/2024 04.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1150 manat pulun və 31,50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək 800 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh oğlu X2 ona 1500 manat bocu var idi. Bununla bağlı polisə müraciət etmişdir. Polisdə araşdırma aparılan vaxt Cavabdeh 05 avqust 2022-ci il tarixdə qəbz yazaraq ona vermişdir ki, oğlunun ona borclu olduğu 1500 manatdan 200 manatını ödəyəcək, qalan 1300 manat məbləği isə hissə-hissə özü ödəyəcəkdir. Hazırki dövrə qədər cavabdeh 700 manat ödəniş etmiş, qalan 800 manat pulu ödəməmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun oğlu iddiaçının oğlundan pul alımışdır. O, da oğlunun borcunu öz üzərinə götürmüşdür. İddiaçıya 1500 manat borcum vardı. Onun 700 manatını ödəmiş və onun hazırda İddiaçı 800 manat borcu var. Onuda ödəyəcəkdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçı əvvəlcə 1500 manat pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə həmin pul məbləğini almış, həmin puldan 700 manatını ödəmiş, hazırda 800 manat borcu vardır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, ümumi halda borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Məcəllənin 740.2-ci maddəsində isə borc müqavilənin bağlanması üçün onun tərəfləri arasında yazılı müqavilənin olmasını tələb edir, lakin bu zaman borcun məbləği 3000 manatdan çox olmalıdır. Hazırkı işin yuxrıda qeyd edilən hallarından görünür ki, iddiaçının cavabdehə verdiyi borc məbləği 1500 manat olmuşdur. Bu halda, tərəflər arasında müqavilənin bağlanmış hesab olunması üçün iddiaçının pulu cavabdehə verməsi kifayətdir ki, işin bu halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə baxışı zamanı iddiaçıdan 1500 manat borc aldığını, onun 700 manat qaytardığını və hazırda 800 manat borclu olduğunu etiraf etmişdir. Odur ki, cavabdehin iddianı etiraf etməsi iddiaçını irəli sürdüyü tələbinin əsasını sübut etmək vəzifəsindən azad edir. Beləliklə, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul alaraq üzərinə onu qaytarmaq öhdəliyi götürsə də, öhədəliyini pozmaqla pulu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, 800 manat məbləğində pul vəsaiti cavabdeh lə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 31,50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə baxışı zamanı iddiaçı iddia həçmini azaldaraq cavabdehdən 800 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində Cavabdeh İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, cəmi 830 (səkkiz yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1266/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1266/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver