Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1269/2023 12.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini araşdırıb, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən ödəniş qəbzini iddia ərizəsinə əlavə etsə də, dövlət rüsumu tam şəkildə Saatlı Rayon Məhkəməsinə deyil, 30 manat Sabirabad Rayon Məhkəməsinə,14.10 manat isə Saatlı Rayon Məhkəməsinə ödənilmişdir. Halbuki, dövlət rüsumu tam şəkildə Saatlı Rayon Məhkəməsinə ödənilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, məhkəmədə hər hansı bir mülki iddia qaldırarkən yuxarıda istinad edilən qaydalara riayət edilməlidir. Bununla bağlı çətinlik yaranarsa istənilən vəkil bürosunun köməyindən istifadə etməklə iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.