Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-127/2023 09.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3348,29 manat əsas borc, 644,25 manat faiz borcu, cəmi 3992,54 manat borc, ödənilmiş 59,93 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli 101804- 837380/2 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 25% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. 05 dekabr 2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 3348,29 manat əsas borcu və 644,25 manat faiz borcu, cəmi 3992,54 manat borcu vardır. Ona görə də Cavabdeh 3348,29 manat əsas borc, 644,25 manat faiz borcu, cəmi 3992,54 manat borc, ödənilmiş 59,93 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 sentyabr 2021-ci il tarixli, 101804-837380/2 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 25% olmaqla 36 ay müddətinə 4000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 05 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 09 sentyabr 2021-ci il tarixli 101804-837380/2 saylı kredit müqaviləsi üzrə 05 dekabr 2022-ci il tarixə 3348,29 manat əsas borcu, 644,25 manat faiz borcu, cəmi 3992,54 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlamış 09 sentyabr 2021-ci il tarixli, 101804-837380/2 saylı kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 25% dərəcəsi ilə 36 ay müddətinə ödəmək şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə iddiaçıya 05 dekabr 2022-ci il tarixə icra edilməmiş 3348,29 manat əsas borcu, 644,25 manat faiz borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3348,29 manat əsas borc, 644,25 manat faiz borcu, cəmi 3992,54 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3348,29 manat əsas borc, 644,25 manat faiz borcu, cəmi 3992,54 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3348,29 manat əsas borc, 644,25 manat faiz borcu, cəmi 3992,54 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 22 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 59,93 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 59,93 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3348,29 manat əsas borc, 644,25 manat faiz borcu, cəmi 3992 (üç min doqquz yüz doxsan iki) manat 54 (əlli dörd) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 59 (əlli doqquz) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov
Məhkəmə qərarları › İş №2(055)-127/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-127/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver