Məhkəmə qərarları › İş №2(055)-1270/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1270/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1270/2025 13.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14000 manat pulun və 132 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələbinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1-ci və 284-4.1.2-ci maddələrinə əsasən kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14000 manat pulun alınmasını tələb etmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-4, 263, 264, 267, və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar