Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1272/2023 28.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını artıraraq cavabdehlə birgə nikahlarından 11 noyabr 2019-cu il tarixdə anadan olmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənib ailə həyatı qurmuşlar, lakin heç bir əsaslı səbəb olmadan aralarında olan münasibət kəskinləşmiş və Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında 02 dekabr 2019-cu il tarixdə Saatlı rayonu Sarıcalar kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 07 nömrəli nikah qeydinin pozulması, birgə nikahlarından 11 noyabr 2019-cu il tarixdə anadan olmuş X2 onun yanında qalmasının müəyyən edilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 14 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin hazırda uşaq böyüdüyü və əlavə olaraq müalicə xərcləri olduğu üçün onun məsrəfləri artmışdır. Uşağın saxlanmasında öz atası ona köməklik göstərsə də, cavabdehin ödədiyi cəmi 150 manat aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Hazırda cavabdeh Rusiyada işləyir. Bundan başqa, cavabdehin Saatlı rayonu Sarıcalar kəndində obyekti vardır və həmin obyektdən aylıq 350 manat icarə haqqı alır. Ona görə də göstərdiklərini nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 11 noyabr 2019-cu il tarixdə anadan olmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə tərəfindən cavabdehlə telefon əla qəsi saxlanılan zaman cavabdeh məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixdə Saatlı rayonu Sarıcalar kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 07 nömrəli nikah qeydinin pozulması, birgə nikahlarından 11 noyabr 2019-cu il tarixdə anadan olmuş X2 iddiaçının yanında qalmasının müəyyən edilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 14 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 noyabr 2019-cu il tarixdə anadan olmuşdur. Uşağın anası İddiaçı, atası Cavabdehdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, bu arayış ilkin mediasiya sessiyasının tarixi və saatı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı İddiaçı verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixdə Saatlı rayonu Sarıcalar kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 07 nömrəli nikah qeydinin pozulması, birgə nikahlarından 11 noyabr 2019-cu il tarixdə anadan olmuş X2 iddiaçının yanında qalmasının müəyyən edilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 14 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkdiyi və cəmi 150 manat aliment məbləği uşağın xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsi ilə 11 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 11 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 30 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(055)-346/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 11 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1272/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1272/2023
28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver