Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1296/2023 14.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 28 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28%-lə 100 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 100 manat əsas borcu, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan sms bildirişindən görünür ki, 28 iyun 2022-ci il tarixli 1364sYSMb/22 saylı kredit müqaviləsi əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 28% dərəcəsi ilə 100 manat məbləğində kredit xətti açılması təklif edilmiş, cavabdeh isə həmin təklifə razılıq vermişdir. İşdə olan 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsindən və 28 iyun 2022ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsinin bütün şərtləri ilə razı olduğunu bildirmiş, bank hesabları və müqavilə ilə bağlı bütün yazışmaların yazılı qaydada və ya ofertanın şərtlərinə uyğun olaraq bankın mülahizəsi ilə sms və ya digər məsafədən istifadə olunan kanallar vasitəsi ilə edilməsini xahiş etmişdir. İşdə olan 03 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, 1364sYSMb/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borcu vardır. İşdə olan 09 fevral 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 28 iyun 2022-ci il tarixli 1364sYSMb/22 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin arasında 28 iyun 2022-ci il tarixli 1364sYSMb/22 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 36 ay müddətinə illik 28% dərəcəsi ilə 100 manat məbləğində kredit xətti açılmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehdən 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145,72 manat borc alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 03 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 100 manat əsas borc, 36,20 manat faiz borcu, 5,52 manat cərimə və 4 manat komisyon haqqı, cəmi 145 (bir yüz qırx beş) manat 72 (yetmiş iki) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-1296/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1296/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver