Məhkəmə qərarları › İş №2(055)-1297/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1297/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1297/2023 14.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat borcun və 58,20 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 58 ay müddətinə illik 18% ödəmək şərti ilə 3509 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 3469,80 manat əsas borcu, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat borcun və 58,20 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 fevral 2023-cü il tarixli 98nkSUM/23 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 58 ay müddətinə illik 18% dərəcəsi ilə 3509 manat məbləğində kredit verilmişdir. İşdə olan 03 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 98nkSUM/23 saylı kredit müqaviləsi üzrə 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat borcu vardır. İşdə olan 23 avqust 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 24 fevral 2023cü il tarixli 98nkSUM/23 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin arasında bağlanmış 24 fevral 2023-cü il tarixli 98nkSUM/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 58 ay müddətinə illik 18% ödəmək şərti ilə 3509 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehdən 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu və 13,78 manat cərimə, cəmi 3819,53 manat alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 03 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 58,20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3469,80 manat əsas borc, 335,95 manat faiz borcu, 13,78 manat cərimə, cəmi 3819 (üç min səkkiz yüz on doqquz) manat 53 (əlli üç) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58 (əlli səkkiz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar