Məhkəmə qərarları › İş №2(055)-13/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-13/2023

26.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-13/2023 26.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətinə verilmiş 0.1864 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, əldən çıxmış faydaya görə 1000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”la iddiaçının mülkiyyətinə 0.1864 ha torpaq sahəsi verilmişdir. Cavabdeh həmin torpaq sahəsini uzun müdddətdir ki, zəbt edərək qanunsuz istifadə edir. Dəfələrlə cavabdehə bu barədə etirazını bildirsə də, müsbət nəticə əldə etməmişdir. Həmin torpaq sahəsinə buğda bitkisi əksəydi son üç il ərzində 1000 manat gəlir əldə olunardı. Torpaq sahəsinin cavadehin qanunsuz istifadəsində olması ekspert rəyi ilə bir daha təsdiq olunur.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X6 izahatında göstərdi ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və əldən çıxmış fayda tələbinə dair iddiasını qəbul etmir. Ekspert rəyi ilə razı deyil. Mübahisə predmeti olan torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-0282B, KOD 90803018 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsidir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyester nömrəsi **********76, qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, 0.1864 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0282B, KOD 90803018 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən 0,18 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/467 nömrəli rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyester nömrəsi **********76, qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.1864 ha torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN- 0282B, KOD 90803018 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamə əsasında Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsi ilə üst-üstə düşmür. 0.5282 ha mübahisəli torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin istifadəsindədir.Həmçinin İddiaçı mülkiyyətinə verilmiş 0.1864 ha torpaq sahəsinin 0.17 ha hissəsi (0.5282 ha torpaq sahəsinin hüdudları daxilində) cavabdehin istifadəsindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi Sahıb olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyester nömrəsi **********76, qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə 0.1864 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsini əsas götürərək ona qarşı məhkəmədə iddia qaldırmış, iş üzrə mübahisə yarandığı üçün Saatlı Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.17 ha hissəsi cavabdehin istifadəsindədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin qismən əsaslı olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/467 nömrəli rəyi ilə təsdiq olunur. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatında obyektiv rəy verilmədiyini göstərərək ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçılar tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən və cavabdehin nümayəndəsi bu barədə vəsatət vermədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/467 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. İddiaçı, həmçinin iddia tələbində əldən çıxmış faydaya görə cavabdehdən 1000 manat pul tələb etsə də, bu barədə mötəbər sübutlar olmadığından əldə çıxmış fayda tələbi də əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyester nömrəsi **********76, qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.1864 ha torpaq sahəsinin 0.17 ha hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc Cavabdeh alınaraq İddiaçı ödənilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyester nömrəsi **********76, qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.1864 ha torpaq sahəsinin 0.17 ha hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılaraq həmin torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195(bir yüz doxsan beş) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin Məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar