Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-822/2024 11.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Əhmədov Elnur Seyfulla oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, qanunsuz istifadəyə görə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, qanunsuz istifadəyə görə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin icarəsinə verilmiş İddiaçınə məxsus olan 270 hektar (örüş təyinatlı) torpaq sahələrinin müqavilələrinin müddəti bitdikdən sonra ötən dövrlər ərzində həmin örüş sahələrinin qanunsuz olaraq istifadə edilməsinə görə bələdiyyəyə dəyən zərərin və kompensasiyasının bazar iqtisadiyyatına uyğun olaraq 35286.3 manat cavabdehdən alınıb İddiaçınə ödənilməsi və torpaq sahələrini qanunsuz istifadə edən şəxsin torpaq sahələrindən çıxarılması, Qaraçala Bələdiyyəsinin faktiki sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Salyan rayonu Qaraçala Bələdiyyəsinin sədri Elnur Əhmədov məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdehin icarəsinə verilmiş İddiaçınə məxsus olan 270 (250+20) hektar (örüş təyinatlı) torpaq sahəsinin müqavilələsinin müddəti bitdikdən sonra 2023-cü ilə kimi həmin örüş sahələrinin qanunsuz olaraq istifadə edilməsinə görə bələdiyyəyə dəyən zərərin və kompensasiyanın bazar iqtisadiyyatına uyğun olaraq 35286.3 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmişlər. Onlar 35000 manat pulu cavabdehdən alınaraq Qaraçala Bələdiyyəsinə verilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi X1 məhkəməyə yazılı ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 2016-cı ilə qədər müqavilə bağlamış və “Hacı Camalxan” ilə müştərək qaydada istifadə etmişlər. 2023-cü il tarixdə onlara imtina sənədi təqdim etmələrini bildirdikləri üçün imtina barədə notarial qaydada ərizə yazmışdır. 2016-cı ildən həmin torpaq sahəsindən istifadə etmirlər. Həmçinin o iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz istifadəyə görə dəymiş zərər və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-822/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-822/2024
11.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver