Məhkəmə qərarları › İş №2(057)-820/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-820/2024

15.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-820/2024 15.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsini qanunsuz istifadə edən şəxsin torpaq sahəsindən çıxarılması və Qaraçala Bələdiyyəsinin sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsini qanunsuz istifadə edən şəxsin torpaq sahəsindən çıxarılması və Qaraçala Bələdiyyəsinin sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehin icarəsinə verilmiş İddiaçınə məxsus olan 250 hektar (örüş təyinatlı) torpaq sahəsinin müqaviləsinin müddəti bitdikdən sonra ötən dövrlər ərzində həmin örüş sahələrinin qanunsuz olaraq istifadə edilməsinə görə bələdiyyəyə dəyən zərərin və kompensasiyasının bazar iqtisadiyyatına uyğun olaraq 20880 (iyirmi min səkkiz yüz səksən) manat cavabdehdən alınaraq İddiaçınə ödənilməsi və torpaq sahələrini qanunsuz istifadə edən şəxsin torpaq sahələrindən çıxarılması, Qaraçala Bələdiyyəsinin faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçınə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci madəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsində Cavabdeh qeydiyyatda olduğu ünvan Salyan rayon, Qaraçala qəsəbəsi göstərilmişdir, lakin cavabdehin qeydiyyatda olduğu ünvan barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə görə poçt ünvanları dedikdə cavabdeh fiziki şəxsin qeydiyyatda olduğu ünvan nəzərdə tutulmuşdur. Bu məsələ işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehin poçt ünvanını göstərilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, elektron məhkəmə sistemi vasitəsi ilə axtarış zamanı Cavabdeh barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsini qanunsuz istifadə edən şəxsin torpaq sahəsindən çıxarılması və Qaraçala Bələdiyyəsinin sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçınə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar