Məhkəmə qərarları › İş №2(057)-821/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-821/2024

11.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-821/2024 11.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Bəhmən oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı “torpaq sahəsinin boşaldılması, qanunsuz istifadəyə görə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı “torpaq sahəsinin boşaldılması, qanunsuz istifadəyə görə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin icarəsinə verilmiş İddiaçınə məxsus olan 250 hektar (örüş təyinatlı) torpaq sahəsinin müqaviləsinin müddəti bitdikdən sonra ötən dövrlər ərzində həmin örüş sahələrinin qanunsuz olaraq istifadə edilməsinə görə bələdiyyəyə dəyən zərərin və kompensasiyasının bazar iqtisadiyyatına uyğun olaraq 32672,50 ( otuz iki min altı yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində pulun cavabdehdən alınıb İddiaçınə ödənilməsi və torpaq sahələrini qanunsuz istifadə edən şəxsin torpaq sahələrindən çıxarılması, Qaraçala Bələdiyyəsinin faktiki sahibliyinə qaytarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Salyan rayonu Qaraçala Bələdiyyəsinin sədri Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehin icarəsinə verilmiş İddiaçınə məxsus olan 250 hektar (örüş təyinatlı) torpaq sahəsinin müqaviləsinin müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixinə qədər həmin örüş sahələrinin qanunsuz olaraq istifadə edilməsinə görə bələdiyyə dəyən zərərin və kompensasiyasının bazar iqtisadiyyatına uyğun olaraq 32672,50 manat Cavabdeh Bəhmən oğlundan alınıb İddiaçınə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Bəhmən oğlu iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı qarşı “qanunsuz istifadəyə görə dəymiş zərər və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar