Məhkəmə qərarları › İş №2(055)-1300/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1300/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1300/2024 18.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixli, 15-Y-1-1-1032-23 saylı müqavilə üzrə 1633.77 manat əsas borc, 94.07 manat faiz borcu, 3.71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 15-TK-2-0-1033-23 saylı müqavilə üzrə 196.13 maant əsas borc, 25.22 faiz borcu, 0.72 manat cərimə borcu, cəmi 1953.62 manat borcun və 39.52 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15-Y-1-1-1032-23 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 15.9% dərəcəsi ilə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15-TK-2-0-1033-23 saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 25% dərəcəsi ilə qaytarmaq şərti ilə 300 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu ödəməkdən yayınmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15-Y-1-1-1032-23 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən əsasən Cavabdeh 24 ay müddətinə, illik 15.9% dərəcəsi ilə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 15-TK-2-0-1033-23 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən əsasən Cavabdeh 48 ay müddətinə, illik 25% dərəcəsi ilə qaytarmaq şərti ilə 300 manat məbləğində kredit verilmişdir. İşdə olan 30 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1953.62 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15-Y-1-1-1032-23 saylı və xx.xx.2023cü il tarixli, 15-TK-2-0-1033-23 saylı kredit müqavilələrinə əsasən Cavabdeh müvafiq olaraq 2000 manat və 300 manat kredit verilsə də, cavabdeh öhdəliyə əməl etməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, 15-Y-1-1-1032-23 saylı müqavilə üzrə 1633.77 manat əsas borc, 94.07 manat faiz borcu, 3.71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 15-TK-2-0- 1033-23 saylı müqavilə üzrə 196.13 maant əsas borc, 25.22 faiz borcu, 0.72 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 1953.62 manat borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39.52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 15-Y-1-1-1032-23 saylı müqavilə üzrə 1633.77 manat əsas borc, 94.07 manat faiz borcu, 3.71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 15-TK- 2-0-1033-23 saylı müqavilə üzrə 196.13 maant əsas borc, 25.22 faiz borcu, 0.72 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 1953(bir min doqquz yüz əlli üç) manat 62(altmış iki) qəpik borc alınıb alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39.52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mirlətif Sadıqov çıxar İş №2(055)-1300/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 18 noyabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 15-Y-1-1-1032-23 saylı müqavilə üzrə 1633.77 manat əsas borc, 94.07 manat faiz borcu, 3.71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 15-TK- 2-0-1033-23 saylı müqavilə üzrə 196.13 maant əsas borc, 25.22 faiz borcu, 0.72 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 1953(bir min doqquz yüz əlli üç) manat 62(altmış iki) qəpik borc alınıb alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39.52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar