Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1329/2024 05.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29% ödəmək şərti ilə 400 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytaramağı öz öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 35 ay müddətinə illik 29% ödəmək şərti ilə 400 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 07 avqust 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə Cavabdeh «X1» Açıq Səhmdar Cəmiyyətinə 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh «X1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35 ay müddətinə illik 29% ödəmək şərti ilə 400 manat məbləğində kredit xətti açılmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borc alınıb iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, «X1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 266,28 manat əsas, 43,24 manat faiz, 6,71 manat cərimə borcu olmaqla, cəmi 316,23 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 346,23 (üç yüz qırx altı manat iyirmi üç qəpik) manat pul alınıb iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1329/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1329/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver