Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-135/2025 30.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı «X6» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X6» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2949,99 manat borcun və 49,50 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X6» Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 06 may 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən X3 35 ay müddətinə illik 29% ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. X1 04 sentyabr 2023-cü il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 2949,99 manat borcun və 49,50 manat ödənilmiş dövlət rüsumunun alınıb «X6» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən iddiaçı «X6» Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 müqavilə üzrə 35 ay müddətinə illik 29% ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 23 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə mərhum X2 iddiaçı «X6» Açıq Səhmdar Cəmiyyətinə 2949.99 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 sentyabr 2023cü il tarixdə ölmüşdür. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında 04 mart 2024-cü il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 qanun üzrə vərəsələridir və miras əmlak ƏMDK yanında DƏDRX-nin Şirvan ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X3 verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.5387 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında 04 mart 2024-cü il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 qanun üzrə vərəsələridir və miras əmlak1766 manat məbləğində birdəfəlik müavinətdən və əmək müqaviləsinin xitamı ilə bağlı 210 manat son haqq-hesab pulundan ibarətdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, mərhum X4 ilə iddiaçı «X6» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 may 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən X3 35 ay müddətinə illik 29% ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. X1 04 sentyabr 2023-cü il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, iddiaçı «X6» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2949,99 manat borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2949,99 manat borc alınıb iddiaçı «X6» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, «X6» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 49,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49,50 manat dövlət rüsumu cavabdehlərdən müətərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2949(iki min doqquz yüz qırx doqquz) manat 99 (doxsan doqquz) qəpik pul alınıb iddiaçı «X6» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49 (qırx doqquz) manat 50 (əlli) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-135/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-135/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver