Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-136/2025 24.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 oğlunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 890,72 manat əsas, 17,25 manat faiz borcu olmaqla cəmi 907,97 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X1 oğlu arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 oğluna illik 27,5%-lə 36 ay müddətinə 2000 manat nağd kredit verilmişdir. X1 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sabirabad rayon regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2421 saylı cavab məktubundan görünür ki, X1 oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. Cavabdehlər mərhum X1 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27,5% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" KB ASC ilə X1 oğlu arasında bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə X1 oğlunun "xxxx" KB ASCnə 890,72 manat əsas, 17,25 manat faiz borcu olmaqla ümumilikdə 907,97 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X1 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, borcalan X1 oğlu kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun vərəsələri hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə borcalan X1 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixdə kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətində, kreditdən istifadəyə görə illik 27,5% faiz ödəmək şərtilə 2000 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlardan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, mərhum X1 oğlunun bank qarşısında öhdəlikləri üçün onun vərəsələri iş üzrə cavabdehlər Cavabdeh1n, Cavabdeh2 və Cavabdeh3 ona qalan miras həddində məsuliyyət daşımalıdır. Belə ki, Sabirabad rayon regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X1 oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Saatlı rayon Dədə Qorqud kəndində yerləşən ümumi sahəsi 2.5387 ha olan torpaq sahəsi və 1976 manat miras əmlak qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 890,72 manat əsas, 17,25 manat faiz borcu olmaqla cəmi 907,97 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 890,72 manat əsas, 17,25 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumu, ümumilkdə 937,97 (doqquz yüz otuz yeddi manat doxsan yeddi qəpik) manat alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-136/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-136/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver