Məhkəmə qərarları › İş №2(055)-1382/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1382/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1382/2025 06.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1000 manat əsas borc, 99,50 faiz borcu, cəmi 1099,50 manat borcun və 31 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 oktybr 2022-ci il tarixli ərizə-anket və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 27,60% dərəcəsi ilə 35 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi oferta müqaviləsinə görə borcverən qeyd olunan məbləğdə və faizlə kredit xətti ayırır və ssuda hesabı açır və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 19 avqust 2025-ci il tarixə 1000 manat əsas borc, 99,50 faiz borcu, cəmi 1099,50 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 1000 manat əsas borc, 99,50 faiz borcu, cəmi 1099,50 manat borcun və 31 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsindən və 12 oktybr 2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 27,60% dərəcəsi ilə 35 ay müddətinə 1000 manat məbləğində kredit xətti ayrılmışdır. İşdə olan 19 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X1 "xxxx" X2 Səhmdar Cəmiyyətinə 1000 manat əsas borcu, 99,50 manat faiz borcu, cəmi 1099,50 manat borcu vardır. İşdə olan 14 may 2025-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdehdan 1000 manat əsas borc, 99,50 faiz borcu olmaqla, cəmi 1099,50 manat borcun qaytarılmasını tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv edilməsini təklif edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin arasında bağlanmış 12 oktybr 2022-ci il tarixli ərizə-anket və ümumi oferta müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 27,60%-lə 1000 manat məbləğində kredit xətti açılmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə 1000 manat əsas borc, 99,50 faiz borcu, cəmi 1099,50 manat borcu yaranmışdır. Ona görə də iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti cavabdehdən 1000 manat əsas borc, 99,50 faiz borcu olmaqla, cəmi 1099,50 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh 1000 manat əsas borc, 99,50 faiz borcu, cəmi 1099,50 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1000 manat əsas borc, 99,50 faiz borcu olmaqla, cəmi 1099,50 manat borc alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 19 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1000 manat əsas borc, 99,50 faiz borcu, cəmi 1099 (bir min doxsan doqquz) manat 50 (əlli) qəpik alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 59 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar