Məhkəmə qərarları › İş №2(055)-139/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-139/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-139/2023 07.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə, 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, cəmi 351,60 manat pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə qaytarılmaq şərti ilə 198,47 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə qaytarılmaq şərti ilə 416,17 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh 09 dekabr 2022-ci il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə və 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, cəmi 321,20 manat borcu yaranmışdır. Ona görə də iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə, 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, cəmi 351,60 manat pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsindən və ona 01 saylı əlavədən görünür ki, bu müqavilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 198,47 manat məbləğində kredit verilməsi ilə bağlı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsindən və ona 01 saylı əlavədən görünür ki, bu müqavilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 416,17 manat məbləğində kredit verilməsi ilə bağlı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə, cəmi 105,47 manat borcu vardır. İşdə olan 09 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, cəmi 215,73 manat borcu vardır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 25 iyun 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin qurumun hazırki adı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001- 19 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə qaytarılmaq şərti ilə 198,47 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə qaytarılmaq şərti ilə 416,17 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh 09 dekabr 2022-ci il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə və 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, cəmi 321,20 manat borcu yaranmışdır. Ona görə də iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə, 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, cəmi 321,20 manat pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə, 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, cəmi 321,20 pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə, 20 iyun 2019-cu il tarixli 395- RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, cəmi 321,20 manat alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 15 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20 iyun 2019-cu il tarixli 395-RKM-0001-19 saylı kredit müqaviləsi üzrə 104,04 manat əsas borc, 0,32 manat faiz borcu, 1,11 manat cərimə, 20 iyun 2019-cu il tarixli 395-RKM-0002-19 saylı kredit müqaviləsi üzrə 211,76 manat əsas borc, 0,63 manat faiz borcu, 3,34 manat cərimə, cəmi 321 (üç yüz iyirmi bir) manat 20 (iyirmi) qəpik alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar