Məhkəmə qərarları › İş №2(055)-1395/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1395/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1395/2024 19.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2500 manat pulun, 45 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə qonşuluqda yaşayır. Cavabdeh həyətyanı torpaq sahəsini ona satmaq istədiyini bildirmişdir. O, da qonşu olduqlarından həmin həyətyanı torpaq sahəsini ondan almağa razılığını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən o, 15 iyul 2023-cü il tarixdə Cavabdeh 2500 manat pul vermişdir. Həmin vaxt Təranə ondan pulu alaraq bildirmişdir ki, bir gün müddətində torpağın alqı-satqısını onunla notariat vasitəsi ilə rəsmiləşdirəcəkdir. Həmin vaxtdan hal-hazıra kimi olan müddətdə Cavabdeh ona satmış olduğu həyətyanı torpağ sahəsini notariat vasitəsi ilə rəsmiləşdirməmişdir. O, Cavabdeh pulunu geri tələb etdikdə isə o, onun pulunu da qaytarmamışdır. Bununla bağlı polis şöbəsinə müraciət etmişdir. Müraciətiylə bağlı 05 oktyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qaldırılan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəməyə ərizə ünvalayaraq iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında torpaq alqı-satqısına dair şifahi razılıq əldə olunmuş və torpaq sahəsinin dəyəri olaraq iddiaçı cavabadehə 2500 manat pul vermişdir. Cavabdeh isə razılaşmaya əsasən torpaq sahəsini iddiaçının mülkiyyətinə verməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində iddianı etiraf etməsi iddiaçını irəli sürdüyü tələbinin əsasını sübut etmək vəzifəsindən azad edir. Beləliklə, tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan pul alaraq torpaq sahəsini ona satacağı öhdəliyi götürsə də, öhədəliyini pozmaqla torpaq sahəsini satmamış, eyni zamanda cavabdehdən aldığı pulu qaytarmamışdır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, 2500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 45 manat dövlət rüsumu və 100 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45 manat dövlət rüsumu və eyni zamanda 100 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul, 45 manat dövlət rüsumu, 100 manat xidmət haqqı, cəmi 2645 (iki min altı yüz qırx beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar