Məhkəmə qərarları › İş №2(055)-14/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-14/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-14/2023 15.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Saatlı rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 1 ədəd “John-Deere” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1950 manat dəymiş maddi ziyanın və ödənilmiş 39,50 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair 2(055)-793/2022 saylı mülki iş üzrə icraat Saatlı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair 2(055)-678/22 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair 2(055)-678/22 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 257-ci maddəsində göstərilir ki, işin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra iş üzrə icraat təzələnir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, işin dayandırılmasına səbəb olan hallar aradan qalxdığı üçün iş üzrə icraat təzələnməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257-258, 263-264-cü maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnsin. İşin məhkəmə baxışı 15 may 2023-cü il tarixə saat 10:00-a Saatlı rayon Məhkəməsinin binasına təyin edilsin. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar