Məhkəmə qərarları › İş №2(055)-142/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-142/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-142/2023 22.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3723 manat əsas borc, 1675,35 manat dəbbə pulu, cəmi 5398,35 manat məbləğində vəsaitin, 74 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh iddiaçıdan müxtəlif mallar almış və həmin malların dəyərini ödəmədiyi üçün iddiaçıya 3723 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında 27 iyul 2021-ci il tarixdə “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 3723 manat borcu olmasını etiraf etmiş və həmin borcu hər ay 620,50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 27 iyul 2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə ödəniş etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında onun 1675,35 manat məbləğində dəbbə pulu öhdəliyi də yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də, Cavabdeh 3723 manat əsas borc, 1675,35 manat dəbbə pulu, cəmi 5398,35 manat vəsaitin, 74 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 iyul 2021-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, bu müqavilə 3723 manat borcun etirafı ilə bağlı İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilə üzrə Cavabdeh 3723 manat borcu 12 avqust 2021-ci il tarixdən hər ay 620,50 manat olmaqla İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh ilə İddiaçı arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair arayışdan görünür ki, 26 dekabr 2022-ci il tarixə cavabdehin 27 iyul 2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə iddiaçıya 3723 manat əsas borc, 1675,35 manat dəbbə pulu, cəmi 5398,35 manat ödənilməmiş borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 oktyabr 2022-ci il tarixli borcun ödənilməsi tələbinə dair pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilərək onun iddiaçıdan aldığı və dəyərini ödəmədiyi mallara görə iddiaçıya 3723 manat borcunun yarandığı, onunla iddiaçı arasında bağlanmış 27 iyul 2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə ilə cavabdehin iddiaçıya olan borcunu etiraf etməsi və həmin borcu ödəyəcəyini öhdəsinə götürməsi göstərilmiş, cavabdehdən iddiaçıya olan borcun ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 27 iyul 2021-ci il tarixdə “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 3723 manat borcu olmasını etiraf etmiş və həmin borcu hər ay 620,50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 27 iyul 2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə ödəniş etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında ona 1675,35 manat məbləğində dəbbə pulu öhdəliyi də yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də İddiaçı 3723 manat əsas borc, 1675,35 manat cərimə (dəbbə pulu), cəmi 5398,35 manat borcun Cavabdeh tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı 27 iyul 2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə Cavabdeh 3723 manat əsas borcu, 1675,35 manat cərimə (dəbbə pulu), cəmi 5398,35 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 1675,35 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh tələb olunan 1675,35 manat cərimə (dəbbə pulu) 400 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə cavabdehdən 3723 manat əsas borc, 400 manat cərimə (dəbbə pulu), cəmi 4123 manat tutularaq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 28 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 74 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 74 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3723 manat əsas borc, 400 manat cərimə (dəbbə pulu), cəmi 4123 (dörd min bir yüz iyirmi üç) manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar